Nağd pul kreditləri verən banklar | Banco.az

Nağd pul kreditləri verən banklar

Devalvasiyanın yaşanması ilə banklar problemli kreditlərdən əziyyət çəkməyə başladı və bu bankların kreditvermə strategiyalarına da təsirsiz ötüşmədi. Kreditvermə şərtlərində dəyişikliklər və nəzarətin güclənməsi halı təbii ki, başadüşüləndir. Bəs, ödənişlərini edə bilmə gücünə sahib müştərilər kreditə ehtiyacı olduğu zaman nə etməlidir və hara müraciət etməlidir?

Bu günkü məqaləmizdə kredit verən banklar və onların tələblərini bir yerə topladıq.

Qeyd edək ki, araşdırmamızı nağd pul kreditləri üzərində aparmışıq. 

Bank

Məbləğ 

Müddət

% dərəcəsi
(illik)

Təminat

AccessBank

500-10000 USD

12-36 ay

27%

Zamin

ASB Bank

500 USD

12-24 ay

10-12%

Zamin

*Azər Türk Bank

1000-10000 AZN

12-24 ay

18-20% ---

*Beynəlxalq Bank

300-15000 AZN

12-36 ay

21-23%

Zamin

Dəmirbank

500-10000 USD/AZN

3-36 ay

27%

Zamin

Expressbank

300-1500 USD

3-36 ay

24%

Zamin 

*Kapital Bank

300-15000 AZN

3-24 ay

28% ---
*Parabank --- 12-60 ay 26-27%

---

Nikoil Bank

300-10000 USD

12-48 ay

27-28%

Zamin

Rabitəbank

200-10000 USD

3-36 ay

27%

Zamin

*Unibank

300-1000 AZN 1-12 ay

25-28.2%

         ---

Xalq Bank

500-10000 USD

1-24 ay

20-28%

Zamin

*Yapı Kredi Bank Azərbaycan

250-10000 AZN/USD/EUR 1-36 ay 24% ---

Ən sərfəli kredit üçün müraciət et

* - Azər Türk Bank-dan nağd pul krediti almaq üçün borcalanın Azər Türk Banka məxsus maaş və ya pensiya kartı olmalıdır. 

*- Beynəlxalq Bank-dan kredit götürən şəxslər əmək haqqı və təqaüdlərini bu bankdan almırlarsa, o zaman onlara zamin duran şəxslərdə banka məxsus maaş və ya pensiya kartı olmalıdır.

*- Kapital Bank-dan kredit almaq üçün borcalanın Kapital Banka  məxsus maaş və ya pensiya kartı olmalıdır. 

*- Unibank-dan kredit götürən şəxs təkrar müştəri deyilsə kredit ayrılmayacaqdır. Əgər təkrar müştəridirsə aylıq gəlir 200 AZN və daha yuxarı olduğu təqdirdə müraciət edə bilər. Bundan sonra müvafiq sənədlərə baxılacaqdır.

*-Yapı Kredi Bank Azərbaycan-dan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.

*- Parabank isə kredit verilişini  girov (daşınmaz əmlak və ya qızıl) əsasında həyata keçirir.

Bildirmək istərdik ki, hal-hazırda "Bank of Baku"nun 22 illiyinə özəl olaraq Əmanət məhsulu üzrə elan etdiyi kampaniya çərçivəsində müştərilərə əmanət hesablarına bağlı nağd pul krediti təqdim olunur.

"Atabank"da da həmçinin təkrar müştərilərin və əmanət sahiblərinin kredit istəklərinə baxıla bilər.

Bir daha qeyd edək ki, bankdan kredit götürmək üçün sizdən tələb edilən iş yerindən arayış və ya sənədlər gəlirləri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış, şəxsiyyət vəsiqəsinin surəti tələb olunacaqdır.

Təqdim edilən məlumatlar bankların çağrı mərkəzlərinə müraciət edilərək toplanmışdır. Ümidvarıq yaxın günlərdə cədvəldəki bankların sayı çoxalar. 

Ən sərfəli krediti almaq üçün müraciət et