Muzdlu işçilərin sayı 2,9 faiz artıb | Banco.az

Muzdlu işçilərin sayı 2,9 faiz artıb

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1.590,7 min nəfər olub. Həmin işçilərdən 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, muzdla işləyənlərin 21 faizi təhsil, 18,4 faizi ticarət, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə sahələrində fəaliyyət göstərib. Nəqliyyat və anbar təsərrüfatında çalışanlar muzdlu işçilərin 4,6 faizini, peşə, elmi-texniki fəaliyyət göstərənlər 3,4 faizini, kənd təsərrüfatı, meşəçilik və balıqçılıqda işləyənlər 3,1 faizini, maliyyə və sığorta işçiləri isə 1,6 faizini təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et