Müvəffəqiyyətin 85%-i nəyə bağlıdır? | Banco.az

Müvəffəqiyyətin 85%-i nəyə bağlıdır?

Zəka baxımından dünyada iki növ insan var: Yüksək İQ-ə sahib olanlar və yüksək EQ-ə (emosional zəka) sahib olanlar. Araşdırmalar göstərir ki, biznesdə ən yaxşı çıxış edən CEO-lar yüksək EQ-ə malikdirlər.

Carnegie Institute of Technology tərəfindən nümayiş olunan hesabata görə, maliyyə uğurunun 85%-i insan əlaqələrindəki müvəffəqiyyət, 15%-i isə texniki bacarıq təşkil edir.

Yüksək EQ-ə malik CEO-ların açıqladığı bu 4 əhəmiyyətli xüsusiyyət müvəffəqiyyətə gedən yolda sizə liderlik edəcək.

1. Özünü maarifləndirmə

Yüksək zəka səviyyəsi, duyğularınıza nəzarət edə bilmədiyinizdə bir işə yaramaz. Duygularınıza nəzarət etməyi bacarsanız digər insanları da daha asan idarə edə bilərsiniz. "Niyə biznesinizdə uğur əldə etmək üçün EQ lazımdır?" adlı məqalənin müəllifi Travis Bradberry'ə görə özünü maarifləndirmə, duyğularınızı qəbul etmə və onların fərqində olmaqdır.

2. Özünü idarə etmə

Duyğularınızı idarə etməklə yanaşı, ondan istifadə etmək üsullarını da bilmək lazımdır. Müvəffəqiyyət gözləntilərinizi və hisslərinizi idarə etməkdən keçir. Mənfi emosiyalardan qaçmaq, müvəffəqiyyət yarışında bir addım qabaqda getməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

3. Sosial maariflənmə

Sosial maariflənmə başqalarının duyğularını necə dərk etdiyinizdir. Digər insanların duyğularını seçmək və baş verənləri anlamaq bacarığı sosial maariflənmənin açarıdır. Müvəffəqiyyətin düsturlarından biri də başqaları ilə qurulan ünsiyyətdir.

4. Əlaqələrin idarə edilməsi

Sizə daha aşağı qiymətlə, daha yaxşı bir məhsul təqdim edən lakin xoşlamadığınız birindən gələn təklifi mi yoxsa etibar etdiyiniz və sevdiyiniz birindən gələn təklifi mi qəbul edərsiniz? Məşhur psixoloq Daniel Kahneman insanların ikinci təklifi qəbul etdiyini söyləyir. Müvəffəqiyyətin açarı güvənməkdir. Əgər insanlar sizi sevsələr, sizinlə çalışarlar. İnsanların sizi sevməsi və güvənməsinin tək yolu onların ehtiyaclarını və duyğularını anladığınızı hiss etmələridir. Qarşınızdakının ehtiyaclarının fərqində olduğunuzu bəlli etməyin əhəmiyyətini göz ardı etməyin.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç