Müvəffəqiyyəti artıran pozitiv düşüncənin 7 təməli | Banco.az

Müvəffəqiyyəti artıran pozitiv düşüncənin 7 təməli

Harvard Universitetinin mütəxəssisi Shawn Achor “Xoşbəxt olmaq üstünlükdür” kitabında "Fəaliyyətlərimiz müsbət hiss etməyimizə dəstək verməklə qalmaz, eyni zamanda performans və konsentrasiyasını da artırar. Amma bu davranışları müntəzəm bir vərdişə çevirə bilsək, bu xoşbəxtlik səviyyəsini daim qaldırar" kimi fikir irəli sürür.

İşdə müvəffəqiyyəti artıran müsbət düşüncənin 7 sütunu var.

  1. Meditasiya – Hər gün 5 dəqiqə nəfəsinizi dinləyin. Daimi meditasiya stressi azaldır və hətta immunitet sistemini yaxşılaşdırır.
  2. Sizi məmnun edən şeyləri gözləyin - Hazırda tətil üçün fürsətiniz və ya dostlarınızla əylənmək üçün vaxtınız yoxdursa, 1 ay, hətta 1 il belə gözləməli olsanız, bunu mütləq təqvimə əlavə edin. Mənəvi rahatlığa ehtiyacınız olduğu zaman özünüzə xatırladın.
  3. Nəzakət xoşbəxtlik gətirir – Başqalarına - həm dostlarınıza, həm də tanımadığınız insanlara qarşı nəzakətli davranış stressi azaldır.
  4. Ətrafınızda sizə təsir edən şeylərin müsbət olmasını təmin edin – Gözəl bir günü çöldə keçirmək üçün fürsət yaratmaq xoşbəxtlik gətirər; zehni açıb, yaddaşı möhkəmləndirər. Negativ televiziya proqramlarından nə qədər qaça bilsək, o qədər xoşbəxt ola bilərik.
  5. İdman etmək – Daimi idman iş performansını artırır.
  6. Pul xərcləyin (lakin əşyalar üçün deyil) – Konsertə getmək, dostlarla yemək yemək kimi fəaliyyətlərə xərclənən pul, ayaqqabı, bahalı saat və s. kimi şeylərə xərclənən puldan daha çox xoşbəxt edir.
  7. Özünüzü inkişaf etdirin – Ən önəmli xüsusiyyətinizi inkiaf etdirin (məs, lider olmaq). Tədqiqatlar göstərir ki, gündəlik həyatda şəxsi gücümüzdən istifadə etdikcə daha xoşbəxt oluruq. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç