Müvəffəqiyyətə əngəl düşüncələrdən xilas olmağın 7 yolu | Banco.az

Müvəffəqiyyətə əngəl düşüncələrdən xilas olmağın 7 yolu

Ən optimist fərdlərin belə mənfi duyğulara qapıldığı zaman və vəziyyətlər vardır. Narahatlıq, kədər, qəzəb və digər mənfi duyğular normal həyatın bir parçasıdır. Ancaq xroniki olaraq belə hiss etmək həm fiziki həm də zehni baxımdan zərərlidir və həyatın çətinlikləri qarşısında fərdin özünü toplamasına mane olur. Müvəffəqiyyətə əngəl mənfi düşüncələrdən xilas olmağın 7 yolunu təqdim edirik.

  1. Mənfi duyğu və düşüncələri təsbit edin - Əvvəlcə sizi narahat edən mənfilikləri tapın. Bunları bir kağıza yazın.
  2. Yaxşılıq etməyin gücünü göz ardı etməyinBaşqalarına kömək etmək eyni zamanda özünə kömək etməkdir. Xüsusilə sizə bənzər problemlər, mənfiliklər yaşayan insanlara hər hansı bir şəkildə dəstək olmağa cəhd edin, əlinizdən nə gəlirsə onu etməyiniz kifayətdir. Yaxşılıq etmək ruhu bəsləyər. Bu, bir adamın ağır paketləri daşımasına kömək etmək və ya xarici vətəndaşa yol təsvir etmək qədər sadə bir şey də ola bilər.
  3. Ətrafınızdakı dünyadan zövq alın - Onsuz da kifayət qədər problem yaşayırsınızsa, edəcəyiniz şey ətrafınızda sizə yaxşı hiss etdirən şeylərə diqqət etməkdir. Zövq alacağınız hər şeyə diqqət yetirin. 
  4. Əlaqələrinizi inkişaf etdirin və gücləndirinAiləniz, dostlarınız və ya söhbət etdiyiniz insanlarla əlaqələri gücləndirmək çox əhəmiyyətlidir. Sizə yaxşı hiss etdirən insanlarla əlaqələrinizi davam etdirin və gücləndirin. Dostlarınız və ya ailə üzvləri ilə güclü sosial əlaqələrin qurulması özünüzə olan inamı artırır. Bu mövzuda aparılan araşdırmalar yaxşı əlaqələrin daha sağlam və daha uzun bir həyat ilə əlaqəli olduğunu göstərmişdir.
  5. Yeni bir şey öyrənin; yeni bir fəaliyyət tapınYeni mühit, hobbilər, tədbirlər, kurslar və s. Öz dünyanızdan çıxın və zehininizi yeni sahələrə açın. Şahmat öyrənmək, bir rəqs qrupuna qoşulmaq, bir rəsm kursuna qatılmaq və s. Sosiallaşmanın imkanı artdıqca yeni bir şey öyrənmək, daxili enerjinizi stimullaşdıracaq və bəsləyəcək.
  6. Problemlərinizi təcrübə olaraq dərk edin  - Yaşanan problemlərə ilişib qalmaq depressiya və ümidsizliyə sürükləyir. Zərəri, stressi, müvəffəqiyyətsizliyi və ya zədəni təcrübə olaraq istifadə edin. Nələri öyrənməyinizə yaradı, artıq o mövzuda təcrübəli olaraq nələr edə bilərsiniz? Bu perspektivlərə diqqət yetirin və daha yaxşı bir gələcəyə addım atın. 
  7. Zehninizi məşq etdirin - Zehininizin imkanlarını kəşf edin, sahib olduğunuz ən güclü silah beyninizdir və onu lehinizə necə istifadə edə, insan zehninin sonsuz dəyişmə gücünü dərk etməyə vaxt ayırın. Keçmişdəki problemlər ya da gələcəkdəki çətinliklər üzərinə düşünmək zehni qaynaqları gücsüzləşdirir və yaşadığınız andan zövq almağınıza mane olur. Nəzarət edə bilmədiyiniz şeylərə diqqət yetirməyin, olduğunuz ana fokuslanın.

 Pərvanə Aslanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et