Mütəxəssislərdən Bitcoin və kriptovalyuta bazarı ilə bağlı şok proqnoz! | Banco.az

Mütəxəssislərdən Bitcoin və kriptovalyuta bazarı ilə bağlı şok proqnoz!

Ötən bir neçə günü olduqca ağrılı keçən kripto bazarında ən böyük sürprizi şübhəsiz ki, ötən il noyabr ayından bəri ilk dəfə 7000 dollardan aşağı düşən Bitcoin etdi. Bir çox mütəxəssis bunu fırtınadan öncəki səssizliklə müqayisə edir. Mütəxəssislərin açıqlamalarına görə, kriptovalyuta bazarının ümumi dəyəri 1 trilyon dollara çatacaq və Bitcoin-in qiyməti isə ilin sonunadək 50 min dollar olacaq.

“Outlier Ventures”-in CEO-su və Avropanın ilk Blockchain əsaslı iş və layihə inkişaf sisteminin qurucusu Ceymi Burke “CNBC”-yə verdiyi açıqlamada kriptovalyuta bazarının bir növ yarışa girəcəyini və davamında isə sakitləşəcəyini bildirərək bu ifadələri səsləndirib:

“İnanırıq ki, fevraldan etibarən bazar ötən ilkinə bənzər, hətta daha çox nisbətdə yüksəlişə nail olacaq. Bu, ümumi bazar həcminin trilyon dolları keçməsinə səbəb ola bilər. Bu hədəfə çatdıqdan sonra isə proqnozumuz kriptovalyutaların daha da inkişaf etməsi və təməl hissəsinə oturması ilə bağlıdır”.

“APAC”-ın rəhbəri Tomas Qlaksman isə yeni tənzimləmələrin təşkilati sərmayələrin cəlb olunmasının və “Lightning Network” kimi texnologiyaların tanıdılmasının kriptovalyutaların qiymətinin əsas faktorları olacağı fikirində olduğunu açıqlayıb:

“Bitcoin-in dekabra qədər 50 min dollara çatmasını çətinləşdirən hər hansı səbəb görmürəm”.

Ötən ilin aprel ayında Qlaksman Bitcoin-in qiymətinin o vaxtın ən yüksək səviyyəsi olan 1300 dollara çatmasının, eyni zamanda, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının ay ərzində davam edən Vinklevoss əkizlərinin Bitcoin ETF təklifini araşdırması ilə əlaqəli olduğu mövzuda açıqlamalar vermişdi.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) və Əmtəə Vədəli Əməliyyat komissiyasının (CFTC) arasında baş tutan tərəfdaşlıq görüşü fevralın 6-na təsadüf edib. Kriptovalyutalar üzərindəki təsiri nəzərə aldıqda hazırda bazarların toparlanmasının səbəbini anlamaq olar.

Qlaksman həmçinin bazarın böyüməsinə səbəb olacaq əsas təkanlardan birinin kriptovalyuta vahidləri əsaslı ETF-lərin təqdim edilməyə başlanılması ilə əlaqələndirib. Buna bənzər hadisə dekabr ayında “CBOE” vədəli əməliyyatlarının qüvvəyə minməsindən sonra yaşanmışdı və Bitcoin-in qiyməti 16800 dollaradək artmışdı. Qlaksman bu fikirləri də əlavə edib:

“Böyük birjaların birində kriptovalyuta əsaslı yeni bir tətbiqin qoyulması böyük yüksəlişə və toparlanmaya səbəb ola bilər. Belə tətbiq üçün bir neçə namizəd var”.

IOTA, NEO və Ethereum kimi digər Utility (fayda) coinlərində gələcək aylarda təqib edilməsi lazım olduğuna diqqət çəkən “Hercules Tech”-in CEO-su Mik Şerman “NBC”-yə bunları bildirib:

“İşlək bir platformaya sahib olmaqla yanaşı, Blockchain və öz coinlərini istifadə etmək üçün düzgün bir səbəbə sahib olan varlıqlar və Utility (fayda) coinləri bu il ərzində dəyərlərinin qarşılığını alacağını düşünürəm. Bu kriptovalyuta aktivləri illərlə istifadə olunmayacaq, bu da hər hansı bir dəyərə sahib olmadıqları anlamına gəlir”.

Ən sərfəli kredit üçün müraciət et

“CNBC”-nin “CryptoTrader” proqramının aparıcısı Ren Neuner isə fevralın 2-də Bitcoin-in 2018-ci ili 50 min dollar səviyyəsində başa vuracağı haqda “tweet” yazıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et