“Müştərilərimizə davamlı olaraq yüksək keyfiyyətli xidmət təqdim etməyə böyük önəm veririk” | Banco.az

“Müştərilərimizə davamlı olaraq yüksək keyfiyyətli xidmət təqdim etməyə böyük önəm veririk”

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyətinin sədri, Baş Direktor Altan Şentürklə müsahibə

- Bankın 15 illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- “Yapı Kredi Bank Azərbaycan” olaraq 1998-ci ildən bu yana Azərbaycanda fəaliyyət göstəririk. Bu il etibarilə, Azərbaycanın 3 böyük şəhərləri olan Bakı, Sumqayıt və Gəncədə ümumilikdə 16 filial şəbəkəsi və geniş məhsul çeşidlərimizlə müştərilərə xidmət edirik.

15 il ərzində Azərbaycan iqtisadiyyatında sürətli artımın nəticəsi olaraq, maliyyə sektoru inkişaf etmişdir. Bu inkişaf bizə də müsbət mənada təsir göstərmişdir. Pərakəndə bankçılıq sahəsində atılan addımlar müştəri və bank arasındakı əlaqəni daha da gücləndirmişdir.

Fəaliyyət göstərməyə başladığımız gündən bu günə bir çox uğurlara imza atdıq. Belə ki, 2013 ilin nəticələrinə əsaslanaraq bildirmək istərdim ki, 100 mindən artıq pərakəndə müştərilərimizə, 2 500-dən artıq kiçik və orta sahibkarlara və yenə 2500-dən artıq korporativ müştərilərimizə sayı 16 olan filialımızda xidmət göstəririk.

Eyni zamanda, “Yapı Kredi Bank Azərbaycan” olaraq bütün müştərilərimizə davamlı olaraq yüksək keyfiyyətli xidmət təqdim etməyə böyük önəm veririk. Bunu da ancaq yüksək biliklərə malik mütəxəssislərlə mümkünlüyünə inanırıq. Bu səbəblə də maliyyə sektorunun ən yaxşılarını yetişdirə bilməyimiz üçün 2011-ci ildə Yapı Kredi Bankçılıq Akademiyasının Azərbaycanda da qurduq. Türkiyədəki Yapı Kredi Bankçılıq Akademiyası ilə paralel çalışan akademiyamızda peşəkar təlimçilər ilə 2012-ci ildə minlərcə saat təlimlər verdik. Bundan əlavə, bir çox çalışanlarımızı müxtəlif mövzulu biliklərə yiyələnməsi üçün Türkiyəyə göndərdik. Yapı Kredi Bankçılıq Akademiyasının Azərbaycanda fəaliyyət göstərməsi, bankımızın Azərbaycana verdiyi önəmin və ölkəmizin uğurlu gələcəyinə olan inamımızın göstəricisidir.

- Türkiyə və Azərbaycan bankçılıq sistemlərini qarşılaşdırdıqda, hansı fərqlərin olduğunu söyləyə bilərsiniz?

- Bildiyimiz kimi, Azərbaycanda iqtisadiyyatın, xüsusilə də bankçılıq sektorunun inkişafı bu sahədə bir çox yeniliklərin edilməsinə səbəb oldu ölkə iqtisadiyyatına edilən yatırımlar iqtisadiyyatın fərqli sahələrində uğurlar əldə edilməsi ilə nəticələndi. Hal-hazırda böyük sevinclə qeyd etmək istəyirəm ki, Azərbaycanda bank sektoru yüksək templə inkişaf edir, inkişaf etmiş ölkələrin təcrübələri buradakı şərtlərə uyğunlaşdırılaraq istifadə edilir. Türkiyədə bankçılıq sektorunun təklif etdiyi bəzi xidmətlər Azərbaycanla nisbətdə daha öncədən başlamışdır. Belə ki, texniki detalları kənara qoyub ümumi olaraq bildirmək istərdim ki, adam başına düşən filial, plastik kart və digər bank məhsulları sayı Azərbaycandan daha yüksəkdədir. Eyni zamanda, banklar tərəfindən müştəriyə təqdim edilən məhsullar Türkiyədə olduğu kimi, Azərbaycanda da artıq çeşidlənməyə və Azərbaycan vətəndaşlarına uyğunlaşdırılmağa başlayır.

Müştəriyə göstərilən effektli xidmət kanallarının sayının artması ilə bankçılığın daha da inkişafına səbəb olacağını indidən bildirmək istərdim.

- Azərbaycanda belə bir stereotip var: xarici şirkətlərə daha inam daha çox olur. Bununla razısınızmı?

- Yapı Kredi Bank Azərbaycan olaraq, Koç Holding və Unicredit ortaqlığındakı “Koç Finansal Hizmetler Grubu”-nun (KFH) Azərbaycandakı nümayəndəliyiyik.

Avropanın 22 ölkəsində fəaliyyət göstərən bir qrupun parçası olaraq Azərbaycan daxili və xaricindəki bütün bank əməliyyatlarında müştərilərimizin yanındayıq. Hər gün genişlənən məhsul-xidmət portfelimiz və peşəkar kadrlarımız ilə müştərilərimizin maliyyə ehtiyaclarını qarşılamaq üçün bütün gücümüzlə çalışırıq. Qlobal bankçılıq və etik prinsiplərə bağlılığımızı pozmadan yerli şərtlərə uyğun şəkildə fəaliyyət göstəririk. Bu günə qədər bir çox böyük işləri uğurlu şəkildə həyata keçirdi və bundan sonra da eyni templə xidmət göstərməyə davam edəcəyik.

Müştərilərimizin 99%-i Azərbaycan vətəndaşları və Azərbaycan şirkətləridir. Biz Azərbaycanda insan qaynaqlarının bacarıqlı və savadlı mütəxəssislər olmasına inandığımız üçün, işçi heyətimizin böyük bir hissəsini Azərbaycanlılar təşkil edir və kadrlarımızın inkişafı üçün müxtəlif təlim və proqramlar təşkil edirik. 

Bundan əlavə, cari ilin əvvəllərində müştərilərə göstərilən xidmətin səviyyəsini ölçmək və daha da inkişaf etdirmək üçün təcrübəli mütəxəssislər tərəfindən gizli müştəri araşdırması etdik. Araşdırma nəticəsində yeni meyarlar ortaya çıxdı və bu istiqamətdə müştərilərin məmnuniyyətini artırmaq məqsədilə müvafiq tədbirlər görülür. Əminəm ki, müştərilərimizə göstərdiyimiz qayğı günbəgün artacaqdır.

- Yapı Kredi Bank Azərbaycan bank sektoruna taksit kart kimi yeniliyi gətirdi demək olar ki. Türkiyədə bu sahə çox inkişaf edib. Necə düşünürsünüz, Azərbaycanda bu sahənin inkişafı qaneedici səviyyədədirmi?

- Azərbaycan müştərilərinin taksit kartlarına böyük marağı və tələbatı, digər inkişaf etmiş ölkələrdəki kimi, Azərbaycanda da bu sahənin böyüməsinə şərait yaradır. Bundan əlavə, Cənab Prezidentin verdiyi fərmanlar, Azərbaycan Respublikası Mərkəzi Bankının və Vergilər Nazirliyinin nağdsız ödənişin stimullaşdırılmasında göstərdiyi səylər də bu sahənin inkişafına xüsusi təkan verir.

Ən sərfəli kredit üçün müraciət et

2012-ci il sentyabr ayının 18-də dünyanın ən yaxşı 10 markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin istifadəsinə təqdim etdik. Türkiyənin ilə kredit kartı Worldcard, iddialı şəkildə daxil olduğu Azərbaycan bazarında sürətlə inkişaf edir. 2014-cü ilin İyun ayına əsasən sayı 85 mindən çox olan Worldcard sahib 2500-dən çox olan alış-veriş şəbəkəsi ilə kartın üstünlüklərindən faydalanırlar.

Sözügedən məhsulun inkişafı və müştərilərin rahatlığı üçün, müxtəlif hədiyyəli kampaniyalar edirik və bu günə kimi yüz minlərlə pulsuz World Bal hədiyyə etmişik. Məqsədimiz müştərilərimizin həyat şəraitini asanlaşdırmaq və onlara sərhədsiz xidmətlər təklif etməklə Azərbaycanda Taksit kartı sektorunun inkişaf etməsində töhfə verməkdir.

Türkiyə başda olmaqla, müxtəlif ölkələrdə əldə etdiyimiz təcrübələr bizə pərakəndə sektoru ilə kartlı ödəmə sistemlərinin inteqrasiya halında olması pərakəndə sektorunun sürətlə böyüməsini təkan verir. Azərbaycanda da bənzər bir prosesin gedəcəyinə inamımız çoxdur. Bu səbəblə də, Worldcard-ın bütün iş strategiyasında pərakəndə sektoru ilə inteqrasiyalı şəkildə fəaliyyətimizi davam etdiririk.

- Hər bir bankın aktiv inkişafı üçün filial şəbəkəsinin inkişafı da çox vacibdir. Bankın bununla bağlı hansı planları var? Bundan başqa, bankın bölgələrdə filiallarının az olması ilə əlaqəlidir?

- Daha öncə qeyd etdiyim kimi, “Xidmətdə sərhəd yoxdur” strategiyası ilə hərəkət edən bir qurum olaraq müştərilərimizə yeni məhsullar və xidmətlər təqdim etməkdə davam edirik. Bu istiqamətdə filial şəbəkəmizi də genişləndiririk. Bunun üçün Bakının fərqli bölgələrində, eyni zamanda Gəncə və Sumqayıt şəhərlərində var olan filiallarımızın sayı 16-a çatdı. Qısa zamanda isə iki filial daha açaraq 18-ə çatmasını düşünürük, eyni zamanda filial sayımızın Azərbaycanın müxtəlif bölgələrində də daha çox genişlənməsi üçün planlarımız mövcuddur.

Bundan əlavə, dünyada, eləcə də Azərbaycanda İKT sahəsinin inkişafı və bank xidmətlərinin İKT ilə inteqrasiyası müştərilərə daha asan və sürətli xidmət göstərmək üçün zəmin yaratdı. Belə ki, qlobal strategiyamıza uyğun olaraq, məqsədimiz Azərbaycanda da, sərhədsiz bankçılıq anlayışını tam mənası ilə müştərilərimizin və tərəfdaşlarımızın fikirlərində yaratmaqdır. Ona görə də, cari ildə yenilənmiş İnternet Bankçılıq xidmətini, *0444 Telefon Mərkəzi vasitəsi ilə İnteraktiv ağıllı cavablandırma sistemini, eləcə də yenilənmiş funksiyalı ATM-lərimizi müştərilərimizin istifadəsinə təqdim etdik. Önümüzdəki aylarda isə, Mobil Bankçılıq xidmətini də aktiv etməyi planlaşdırırıq.

- Mərkəzi Bankın avtomobil kreditləşməsi ilə bağlı çıxardığı qərar bankın kredit portfelinə necə təsir göstərib?

- Avtomobil kreditləri ilə bağlı Mərkəzi Bankın çıxardığı məlum qərar təbii ki, müəyyən mənada avtomobil krediti məhsullarının satışının aşağı düşməsinə təsirsiz ötüşmədi. Lakin, müxtəlif kredit, əmanət və digər məhsullarımın inkişaf etməsi üçün əməkdaşlarımız əllərindən gələni əsirgəmirlər. Düşünürük ki, var olan məhsullarımızın daha da inkişaf etməsi və innovativ xidmətlər təklif etməklə avtomobil kreditindəki azalmanı kompensasiya edəcəyik.

- Mərkəzi Bankın digər bir qərarı da kapitalın minimal tələbi ilə bağlı idi. Bu qərarı necə qiymətləndirirsiniz?

- Mərkəzi Bankın verdiyi bu qərar düşünürəm ki, bankçılıq sektorunda sağlam rəqabətin artmasına və dolayısı ilə bu qərarın tətbiqindən sonra maliyyə sektorunun inkişafına gətirib çıxaracaqdır.

Hal-hazırda inkişaf edən bir qurum kimi bildirmək istərdik ki, yaxın gələcəkdə də, nizamnamə kapitalının artırılmasına ehtiyac duyulduqda, bankın səhmdarlarının verdiyi qərar əsasında məsələyə baxılıb müvafiq addımlar atıla bilər.

- Bankın xarici borclanma səviyyəsi hansı səviyyədədir?

- Bankımızın xarici əlaqələri sayəsində bir çox iri maliyyə qurumları ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində ölkəmizə ucuz qaynaqlar gətiririk və irəlidəki planlarımızda bu sahədə daha sıx işləməyi düşünürük. Təbii ki, ucuz qaynaqların gətirilməsi ölkədəki maliyyə vəziyyətinin yaxşılaşmasına təsir göstərə bilər və Azərbaycan iqtisadiyyatının inkişaf etməsində töhfələrimizin olması üçün əlimizdən gələni etməyə hazırıq.

- Banka istiqraz bazarında da olduqca aktivdir. Buna bağlı olaraq gələcək planlarınız nələrdir?

- İstiqraz bazarında aktivliyimiz davam etməkdədir. Həm Azərbaycan daxilində, həm Azərbaycan xaricindəki aktivliyimizi də artırmaq istəyirik. Xarici investorlara Azərbaycan bazarındakı bu sahədəki aktivliyi çatdırmaq üçün fəaliyyətlər etmək məqsədlərimizdən biridir.

Mənbə: apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et