"Müştərilərimiz tərəfindən bu yeniliyə marağın göstərilməsini artıq qeyd edə bilərik" | Banco.az

"Müştərilərimiz tərəfindən bu yeniliyə marağın göstərilməsini artıq qeyd edə bilərik"

Banco.az xəbər verir ki, PASHA Private Banking bölməsinin rəhbəri Orxan Cabbarov Yaxın gələcəkdə müştərilərinə hansı yeni məhsul və xidmət təklifləri haqqında danışıb:

- Bu ildən müştəri xidmətində illik üzvlük haqqına əsaslanan yeni yanaşmanı təklif edirik. Praktika ölkəmiz üçün yeni olsa da, müştərilərimiz tərəfindən bu yeniliyə marağın göstərilməsini artıq qeyd edə bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda heyətimiz yeni kredit məhsullarının yaradılması üzərində fəal işləyir. Nəticədə, müştərilərimiz yaxın gələcəkdə onlara təklif edəcəyimiz ipoteka kreditləri vasitəsilə premium sinif daşınmaz əmlak ala biləcəklər. Bu kreditlər on ilədək sürəcək müddət ərzində, illik faiz dərəcəsi 11-13%-dən başlamaqla əlverişli şərtlərlə veriləcək. Eyni zamanda, lüks sinfinə aid olan avtomobillərin də kreditə alınması imkanını nəzərdən keçiririk.

Ən sərfəli krediti almaq üçün müraciət et