Muğanbank yenidən zərərə keçib - MALİYYƏ NƏTİCƏLƏRİ | Banco.az

Muğanbank yenidən zərərə keçib - MALİYYƏ NƏTİCƏLƏRİ

Muğanbank 2017-ci ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb. 

Sözügedən dövrdə bankın cəmi aktivləri 423,923 mln. manat olub. Bu isə ilin ilk rübü ilə müqayisədə 8,9% azalma deməkdir. Muğanbank-ın cəmi öhdəlikləri isə 365,265 mln. manat təşkil edib.

Cari ilin 30 sentyabr tarixinə bankın kredit portfelinin həcmi 334,009 mln. manat, Mərkəzi Banka qarşı tələbləri isə 7,988 mln. manat olub.

Bankın cəmi kapitalı azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, ilin 3-cü rübündə bankın cəmi kapitalı 2-ci rüblə müqayisədə 63.523 mln. manatdan 58,658 mln. manata düşüb (7,7% azalma).

"Mənfəət və zərər" hesabatına əsasən bankın əməliyyat gəlirləri 4,896 mln. manat olub,şçi heyətinin saxlanılmasına 8,580 mln. manat xərclənib.

Bank 3-cü rübdə zərərdədir.

Bank ilin ilk 9 ayının sonunda 4,627 mln. manat zərərlə üzləşib.

Ən sərfəli krediti almaq üçün müraciət et