Muğanbank korporativ saytını yeniləyib | Banco.az

Muğanbank korporativ saytını yeniləyib

Muğanbank çoxdan gözlənildiyi kimi yenilmiş saytını müştərilərin istifadəsinə verib. Bu haqda Banco.az portalı bankın rəsmi saytına http://www.muganbank.az/az/  istinadən məlumat verir.

Qeyd edək ki, bir müddət əvvəl Bankın saytı haker hücumuna məruz qalmışdı. Hücum “Şimşək” adlanan haker qrupu tərəfindən həyata keçirilib.

Hazırda Bankın saytının dizaynında bankın korporativ üslubunu xarakterizə edən rənglərə üstünlük verilib. Sayt ilk baxışda “user friendly” –yəni istifadəsi asan təsir bağışlayır.

Jurnalistləri ən çox maraqlandıran məsələ: Saytda  son yeddi ilin audit hesabatları, o cümlədən cari və ötən ilin rüblük hesabatları da dərc olunub.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq bildirək ki, “Muğanbank” ASC 2017-ci ilin ilk rübünü 515  min manat xalis mənfəət ilə başa vurub.

Bu ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 14 milyon 678 min manat təşkil edib. Bank gəlirinin 3 milyon 363 min manatını kreditlər üzrə ehtiyatların yaradılmasına ayırıb. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın əməliyyat mənfəəti 870 min manat təşkil edib.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et