Muğanbank-ın aktivləri azaldı - HESABAT | Banco.az

Muğanbank-ın aktivləri azaldı - HESABAT

Muğanbank 2017-ci ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb.

2017-ci ilin 30 iyun tarixinə bankın cəmi aktivləri həmin ilin 31 mart tarixi ilə müqayisədə 58 mln. manat azalaraq 407,473 mln. manat olub. Bankın cəmi öhdəliklərində də azalma müşahidə olunub. Belə ki, cari ilin birinci rübündə öhdəliklər 401,565 mln. manat olduğu halda, ikinci rübdə 343,949 mln. manat qeydə alınıb.

Muğanbank tərəfindən müştərilərə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azalaraq 327,987 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

İkinci rübdə bankın kapitalı 63,523 mln. manat təşkil edib. Qeyd edək ki, cari ilin birinci rübündə bankın kapitalı 63,8 mln. həcmində idi.

Bankın hesabatına əsasən, bank 2017-ci ilin ikinci rübünü mənfəətlə başa vurub. Belə ki, bankın mənfəəti 284 min manat olub və bank 45 min manat vergi ödəyib və nəticədə, 239 min manat xalis mənfəət ilə rübü başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et