Müflis olan bankın aktivləri 30 gün ərzində satılacaq | Banco.az

Müflis olan bankın aktivləri 30 gün ərzində satılacaq

Azərbaycanda müflis olan bankın aktivləri açıq hərrac yolu ilə 30 gün ərzində satılacaq

Bu gün Milli Məclisin plenar iclasında "Banklar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, mövcud qanuna bank aktivlərinin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni maddənin əlavə olunması təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et