Müəllim olmaqdan imtina edib iki ildə 25 ölkə gəzmiş iki türkün hekayəsi! | Banco.az

Müəllim olmaqdan imtina edib iki ildə 25 ölkə gəzmiş iki türkün hekayəsi!

Bu gün sizə maraqlı bir həyat hekayəsindən bəhs edəcəm. Dövlət məmuru olmaq yerinə fotoqraf olmağı seçən bir insandan yazacam. Həm də elə fotoqraf ki, sevdiyi şəxslə onlarla ölkə gəzərək xoşbəxt bir həyat sürür. 

Əslində Merve Ceran Çevikin ixtisası sosial elmlər üzrə müəllimlikdir. 27 yaşındakı qız isə hazırda bu işlə məşğul olmur amma niyə?

Əslən Anadolu bölgəsindən olan ailəsinin maddi vəziyyəti orta olan bu qız, ailəsinin oxu, bir ixtisasın olsun inadına görə məcburən müəllimlik seçib 4 il bu sahə üzrə bakalavr təhsili alıb, amma imtahanlardan keçə bilməyincə işləməkdə çətinlik çəkib.  Universitetdə oxuduğu müddətdə Cuma Çevik adlı bir oğlanla tanış olur, indi həmin oğlan onun həyat yoldaşıdır. Cuma özü fotoqrafdır, Merve də Cuma sayəsində bu sahəyə maraq salıb. 

Cuma əslində rəssamdır, onun istədiyi sahə güzel sanatlar fakültəsi imiş, amma iş tapmaqda çətinlik çəkəcəyinə görə sosial elmlər üzrə müəllimlik ixtisasını seçmək məcburiyyətində qalıb. Yəni sözü gedən fakültə bu iki cütün bir-biri ilə tanışmasına səbəb olub. 

 

Fotoqraf çəkmək üçün maddi imkanı və eyni zamanda vaxtları az olduğundan işlənmiş fotoaparat alıblar.  Birinci olaraq təhsil aldıqları Bolu şəhərini çəkməyə başlayıblar, sonra isə ölkənin bütün şəhərlərini gəzməyə başlayıblar. 

2014-cü ildə isə instagramla tanış olduqdan sonra isə özlərin səhifə açaraq çəkdikləri şəkilləri orda paylaşıblar.  Lakin instagramda o qədər keyfiyyətli şəkillər görüblər ki, özlərini qeyri-professional hesab ediblər.  Lakin yenə də əl çəkməyiblər bu işdən,  youtubeda bu sahə üzrə dərslər dinləyiblər. İnternetdə fotoqrafçılıq üzrə məqalələr oxuyublar, bu sahə üzrə peşkarların təlimlərində iştirak ediblər. 

Universitetdən məzun olan kimi, reklam agentliyi açıblar və zəhmət çəkərək onu böyütməyə çalışıblar. 2016-ci ildə isə evləniblər.  Evləndikdən sonra isə dünyanı gəzməyə başlayıblar.  Elə həmin il İndoneziyanın bali adasında səyahətdə olublar, buranın vizasız olması onlar üçün əlavə üstünlük olub ki, burda çəkdikləri şəkillərlə əlavə izləyici qazanıblar. 

 

Sonra Taylanda, sonra da Yaponiyaya gediblər. Asiya qitəsini gəzdikdən sonra, Avropaya keçmək barədə düşünüblər. 

Çexiyanın rəsmi agentliyindən bu ölkəni sosial medyada tanıtmaq barədə təklif alırlar və bu dəyərli təklif onların bu sahədə qazandığı ilk gəlir olub. Bundan sonra təqribən bütün avropanı və Skandinaviya ölkələrini 4 ay gəziblər. Gəzintiyə davam edərkən, Faroe Adalarının rəsmi agentliklərindən ölkələrini tanıtmaq barədə təklif alırlar. Həmin vaxt bu ölkəyə gedən ilk türk fotoqraflar olurlar. Bu sayədə sosial medyada daha çox tanınmağa başlayıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Norveç və Dubaydan aldıqları təkliflərlə bu ölkələrin sosial medyada tanıtımlarını ediblər.  Bir ay bundan əvvəl isə Rusiyada məşhur bir fotoqraf dostlarının dəvət etdiyi Grönland gəzintisindən qayıdıblar. Yenə də həmin ölkəni tanıdan ilk türk fotoqraflar olublar. 

 Son 2 ildə gəzdikləri 25 ölkəni sizlərə təqdim edim.

1. İndoneziya
2. Yaponya
3. Tayland
4. İsveç
5. Norveç
6. Danimarka
7. Çexiya
8. Maldiv adaları
9. Yunanıstan
10. İtalya
11. Sloveniya
12. Faroe adaları
13. Almanya
14. Avstriya
15. İsveçrə
16. Viyetnam
17. Lübnan
18. Fransa
19. Finlandiya
20. Dubay
21. Argentina
22. Çili
23. Ukrayna
24. İslandiya
25. Grönland

Şəkil dəlisi olan bu insanlar hazırda fotoqraf təlimləri verir. Eyni zamanda bu sahə üzrə elmi dərəcə almaq istəyirlər.  Bunları edərkən də gəzməyə davam edirlər.

Onları izləmək üçün instagram hesablarının linklərini aşağıda yazmışam, əgər sizdə səyahət etməyi sevirsinizsə mütləq izləməyinizi tövsiyyə edirəm.

Cuma Çevik

Merve Çevik

Ən sərfəli krediti almaq üçün müraciət et