Müddəti 168 gün olan notlara tələb təklifi 4 dəfə üstələyib | Banco.az

Müddəti 168 gün olan notlara tələb təklifi 4 dəfə üstələyib

4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50302576S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 96.9681 AZN (6.70%) və 97.3647 AZN (5.80%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117 milyon 325 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 97.2145 AZN (6.14%), orta ölçülmüş qiyməti 97.2514 AZN (6.06%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.

Notların ödəmə tarixi: 23.03.2020

Ən sərfəli krediti almaq üçün müraciət et