Müasir dövrdə pul yığmağın qaydası – Puldan pul qazanmaq | Banco.az

Müasir dövrdə pul yığmağın qaydası – Puldan pul qazanmaq

Müasir dövrdə pul yığmağın qaydası – Puldan pul qazanmaq

(Depozitlər, Qiymətli kağızlar, Həyatın Yaşam Sığortası)

Müasir dövrdə uğurlu insanların pul yığmaq prinsiplərində xüsusi bir qayda var . Bu da puldan pul qazanmaqdır. Bütün dövrlərdə insanlar daha çox pul qazanmağa və çətin günlərə hazırlıqlı olmaq üçün pul yığıblar. İndi də insanlar belə edirlər.

Puldan pul qazanmaq üçün və ya “qara günə” pul yığmaq üçün müasir dövrümüzdə bir neçə üsullar var. Bunlar arasında ən “əl çatanları” aşağıdakılardı.

  1. Depozitlər
  2. Qiymətli kağızlar
  3. Həyatın Yaşam Sığortası (Yığım İnvestisiyası)

Sual verə bilərsiz ki, bunlardan hansı daha sərfəlidir? Odur ki, qısa da olsa bu pul toplamaq üsullarına nəzər salaq.

Depozitlər

Banka müəyyən məbləğdə uzun müddətə pul yatırırsız. Əgər manatda əmanət yerləşdirmisizsə o zaman ən yaxşı halda əmanətiniz illik 11-12% gəlir gətirəcək. Əgər dollarda əmanət qoymusuzsa o zaman ən yaxşı halda 2-3% dividendiniz olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızlar

Hər hansı şirkətin səhmini və ya istiqrazını əldə etmək üçün ilk növbədə bildirək ki, böyük məbləğ lazımdır. Əks təqdirdə komissiya haqqları gəlirlərinizi yeyəcək. Amma pulunuz çoxdursa müəyyən qədər risqə getməklə hər hansı şirkətin səhmini ala bilərsiz. Həmçinin yerli şirkətlərin istiqrazlarını da almaqla müəyyən qədər qazanc əldə etmək olar. Amma bu qiymətli kağızlardan çoxlu sayda alınmasa ciddi bir gəlir əldə etməyəcəksiz.

Həyatın Yığım Sığortası - əmək haqqınızdan əlavə 50%-dək gəlir

Ən marağlı və ən gəlirli yığım alətlərində biri də bu məhsuldur. Təsəvvür edin ki əmək haqqınızdan əlavə 50%-dək qazanc əldə etmək olar.  Bu sığorta məhsulunu əldə etdikdə Azərbaycan Respublikası qanunvericiliyi imkan yaradır ki, həm gəlir vergisi həm də sosial müdafiə fonduna ödənilən vəsaitlər sizin xeyrinizə  həyat sığortası şirkətində cəmlənsin və müəyyən olunmuş müddət bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edəsiniz.

Həmçinin pulunuzun təhlükəsiz saxlanılması və dövr ərzində həyat sığortası əldə etmiş olursuz. Bundan başqa istəyinizdən asılı olaraq dollarda yığım imkanı qazanırsız.

Bu məhsulu onlayn müraciət edərək də əldə etmək olar: Müraciət

Ən sərfəli krediti almaq üçün müraciət et