“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir | Banco.az

“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşəbbüsü və təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün19 iyul 2019-cu il, saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.

Seminarda iştirak edəcək mikro, kiçik və orta sahibkarlar aşağıdakı istiqamətlər üzrəbilik və bacarıqlar əldə edəcəklər:

  • Biznes təşəbbüslərinin həyata keçirilməsi;
  • Biznes planın tərtibi;
  • Marketinq strategiyasının qurulması;
  • Nağd pul axınının təmin olunması;
  • Mövcud biznesin inkişaf etdirilməsinin digər vasitələri.

Seminarda iştirak edəcək şəxslərdən müvafiq məlumatlarını (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu) qeyd edərək [email protected]email ünvanına göndərməkləri tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət üçün son tarix: 17 iyul 2019-cu il

Əlaqələndirici şəxs: Gülnar Hüseyn

Telefon: (+99412) 505 00 56, (+99455) 202 43 93

Email: [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et