Monetar və fiksal siyasət arasında oxşar və fərqli cəhətlər | Banco.az

Monetar və fiksal siyasət arasında oxşar və fərqli cəhətlər

Monetar siyasət dövriyyədə olan  faiz dərəcəsinə və pul olan təklifə təsir edər.

Fiskal siyasət isə,  iqtisadiyyatda məcmu tələbə təsir etmək üçün,  hökümətin dəyişən vergi dərəcələrini və dövlət xərclərinin səviyyəsini təşkil edir.

Hər iki siyasətin oxşar  cəhəti  iqtisadi artıma nail olmaq və inflyasiya prosesini nəzarə etmək üçün istifadə edilməsidir.

Fərqli cəhətlərini aydın görmək üçün gəlin hər birinə ayrılıqda baxaq.

Monetar siyasət ümumi olaraq Mərkəzi Banklar  və ya monetar qurumlar tərəfindən aparılır, hansı ki bu qurumların missiyası dövriyyədə olan pul təklifi ilə bağlıdır.  Monetar siyasət iki cür aparıla bilər:

  1. Ümumi faiz dərəcələrinin müəyyən edilməsi ( misal üçün Azərbaycanın mərkəzi bankı)
  2. Pula olan təklifə təsir edilməsi , buna misal olaraq  pula olan təklifin miqdarının artırılması tədbirlərini göstərmək olar

Bəs monetar siyasət necə işləyir?

Tutaq ki, mərkəzi bank inflyasiya həddini 2% olaraq müəyyən edib.  Əgər mövcud inlyasiyanın inflyasiya səviyyəsindən yuxarı olacağı proqnoz edilərsə, mərkəzi bank daha çox iqtisadi artıma nail olmaq üçün faiz dərəcələrini artırır. Daha yüksək faiz dərəcəsi,  borclanma maliyyətini artırar və bu da sərmayə və istehlak xərclərini azaldar.  Beləliklə pula olan tələbin azalması nəticəsində inflyasiya aşağı düşər. Əgər iqtisadi durğunluq baş verərsə, Məkəzi Bank faiz dərəcələrini azaltma siyasəti yürüdəcək.

Ən sərfəli kredit üçün müraciət et

Fiskal siyasət isə dövlət tərəfindən həyata keçirilən bir siyasətdir.  İki yolla həyata keçirilir.

  1. Dövlət xərclərinin səviyyəsinin dəyişdirilməsi
  2. Vergilərin səviyyəsinin dəyişdirilməsi
  • Tələbi artıraraq iqtisadi artıma nail olmaq üçün hökümət faiz dərəcələrini azaldaraq , xərcləri artıracaq ( bu siyasət əsasən büdcə defisitinə, yəni büdcə kəsrinə yol açar)
  • Tələbi azaldıb, inflyasiyaya mane olmaq üçün  hökümət faiz dərəcələrini qaldırar,  xərcləri isə azaldar  ( bu siyasət əsasən büdcə profisitinə, yəni büdcə artıqlığına yol açar)

Durğunluq dövründə , hökümət borclanma maliyyətini artırmaq üçün dövlət xərlərini daha çox infrastrukturlara yönəltməyə qərar verir. Dövlət xərclərindəki bu artım, iqtisadiyyatda pul emissiyasına yola açacaq, bu da yeni iş sahələrinin yaradılması deməkdir.  Tələbin həcmindəki artım isə iqtisadiyyatın durğunluq dövründən azad edəcək.

Dövlət inlyasiya olacağını proqnoz edərsə, iqtisadi artımın dərəcəsini düşürmək üçün  deflyasiya fiskal siyasəti də (daha yüksək vergi dərəcəsi, daha aşağı xərc) tətbiq edə bilər.

Xəzər Aslanov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et