Moldovada gömrük rüsumları internet üzərindən ödəniləcək | Banco.az

Moldovada gömrük rüsumları internet üzərindən ödəniləcək

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ilk dəfə olaraq idxal-ixrac əməliyyatları ilə bağlı ödənişlər hökumətin MPay elektron ödəniş sistemi vasitəsilə edilə biləcək. Beləliklə, vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, həm fiziki, həm də hüquqi şəxslər gömrük rüsumlarını özlərinə uyğun olan internet-bankinq, bank kartı və ya nağd pul kimi ödəniş alətləri vasitəsilə yerinə yetirə biləcəklər. Ödənişlərin bank kartı və ya nağd aparılması üçün ödəyicilər "cash-in" terminalından istifadə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Moldova Gömrük Xidməti gömrük məntəqələrində kompüterlərin quraşdırılması təşəbbüsünü irəli sürüb. Həmin kompüterlər internet-bankinq sistemindən istifadə imkanı yaradacaq. Bundan əlavə, benefisiarların iki ödəniş variantı olacaq: onlar ödənişi ya avans şəklində, ya da gömrük rəsmiləşdirməsi zamanı edə biləcəklər.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç