Mobil rabitə bazarının lideri məlum olub - SORĞU | Banco.az

Mobil rabitə bazarının lideri məlum olub - SORĞU

“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğusunu həyata keçirib.

Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib.

Araşdırmada deyilir: “Sorğunun nəticələrinə əsasən onu demək olar ki, hal-hazırda mobil rabitə bazarının lideri “Bakcell”dir (60,5%). 1.3% respondent mobil telefondan istifadə etmədiyini qeyd edib. Ölkədə 2 SİM kartlı telefonlardan çox istifadə olunması onu göstərir ki, yerli əhali eyni vaxtda bir neçə mobil operatordan istifadə edə bilir. Bu baxımdan növbəti məqam kimi əsas istifadə edilən mobil operator araşdırılıb və nəticədə məlum olub ki, ümumilikdə 3 operator arasında "Bakcell" 44% paya malikdir. Azərbaycanın mobil operatorlardan (əsas mobil operator) istifadə xəritəsinə baxsaq məlum olur ki, digər opertorlara nisbətdə "Bakcell" ən çox Bakı sakinləri tərəfindən istifadə edilir ("Bakcell"-57,4%, "Azercell" – 41,2%). Aran, Lənkəran, Dağlıq Şirvan və Şəki-Zaqatala iqtisadi rayonlarında isə "Bakcell"ə nisbətdə "Azercell" abunəçiləri çoxluq təşkil edir. Qalan Abşeron, Quba – Xaçmaz və Gəncə-Qazax iqtisadi rayonlarında "Bakcell" daha populyardır”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et