Misirdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi üçün komitə yaradılır | Banco.az

Misirdə vergi qanunvericiliyinin təkmilləşdirilməsi üçün komitə yaradılır

Yerli mətbuatın yazdığına görə, ölkədə ƏDV ilə bağlı hazırda qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üçün ayrıca bir qurum təşkil olunacaq. Misirin Maliyyə naziri Mohammed Məait bu barədə məlumat versə də, qanunda hansı dəyişiliklərin edilməsi ilə bağlı konkret fikir söyləməyib. ƏDV ilə bağlı qanunun təkmilləşdirilərək müasir tələblər səviyyəsinə gətirilməsi Beynəlxalq Valyuta Fondunun Misirə üç il müddətinə 12 milyard dollar həcmində kredit ayırmasının şərtlərindən biri idi. Nazirin sözlərinə görə, 2018-2019-cu maliyyə ilində Misir dövlətinin büdcəsinə ƏDV-dən 39,83 milyard dollar vəsait daxil olub ki, bu da keçən maliyyə ili ilə müqayisədə 16,6 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et