Minimum əmək haqqı tətbiq etməyən 6 ölkə | Banco.az

Minimum əmək haqqı tətbiq etməyən 6 ölkə

Ölkələrin 90%-dən çoxunda minimum əmək haqqı qanunvericiliyi mövcuddur. Minimum əmək haqqı qanunvericiliyi ilk dəfə 1894-cü ildə Yeni Zelandiyada meydana gəldi. Yeni Zelandiya Parlamenti işəgötürənlərin işçilərini istismar etməmələri üçün minimum əmək haqqı təyin etdi.

İki il sonra, Avstraliyanın Viktoriya əyaləti ən aşağı maaş verən sahələr üzrə minimum əmək haqqını müəyyənləşdirmək və qurmaq üçün əmək haqqı şurası yaratdı.

1904-cü ildə İngiltərə imperiyası Okeaniyada baş verənləri araşdırdıqdan sonra bu fikirlə qarşılaşdı və ölkə sosial islahatların bir hissəsi olaraq ən az maaş alan sənaye sahələrində minimum əmək haqqı təyin etməyə başladı.

Birləşmiş Ştatlar 1912-ci ildə qadınlar və uşaqlar üçün minimum əmək haqqı təyin edərkən bu tendensiyanı izlədi.

1960-cı illərdə Latın Amerikası ölkələri bu qanunları qəbul etdilər, lakin minimum əmək haqlarını çox aşağı səviyyədə təyin etdilər.

Minimum əməkhaqqı ölkələrin əhalinin rifahının artırılması istiqamətində atdığı addımlardandır. Həqiqətənmi minimum əməkhaqqı iqtisadiyyata müsbət təsir göstərir?

Minimum əmək haqqının yüksək olması insanların əlində daha çox pul yığılmasına gətirib çıxarır. Nəticədə insanlar daha çox pul xərcləyəcəklər ki, bu da müəssisələr üçün yaxşıdır (Tələb artaraq təklifi stimullaşdıracaq). Bu, həm də işçilər arasında nəzəri cəhətdən daha zəhmətkeş və daha əzmli olmağa imkan verən böyük mənəvi təkan deməkdir.

Digər tərəfdən, əmək bazarında rəqabət güclənəcək. Qanunla maaşların artırılması, ehtimal ki, artıq büdcə üzərində işləyən bəzi kiçik müəssisələr üçün təhlükə ola bilər və daha böyük şirkətlər bu yeni xərcləri ödəmək üçün strateji qərarlar, o cümlədən iş yerləri və filial bağlamaları üçün qərar verməlidirlər.

Minimum əmək haqqının artırılması ilə bağlı ən böyük narahatlıqlardan biri avtomatlaşdırmadır. Bu zaman şirkətlər işçiləri maşınlara dəyişərək xərcləri azaldır. Bu şirkətlərə xərcləri azaltmağa imkan versə də, işsizliyin artmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Buna görə, minimum əmək haqqının artırılması müəyyən mənada iqtisadiyyata təkan verə bilər, digərlərində isə biznesə zərər verə bilər.

Minimum əmək haqqı tətbiq etməyən 6 ölkə

İnsanları tez-tez təəccübləndirən dünyanın bəzi varlı və çiçəklənən ölkələrində minimum əmək haqqının olmamasıdır

1. İSVEÇ

İsveçdə orta əmək haqqı ayda təxminən 2500 dollar, işsizlik dərəcəsi 6%-dir. Xoşbəxtlik dərəcəsinə görə dünyada 9-cu yerdədir.

2. SİNQAPUR

Sinqapurda orta əmək haqqı ayda təqribən 4152 dollardır. İşsizlik dərəcəsi 2.2%-dir. Ancaq xoşbəxtlik baxımından ölkə 34-cü sırada yer alır.

3. NORVEÇ

Norveçin orta əmək haqqı ayda təxminən 3500 dollar, işsizlik dərəcəsi 3,7% təşkil edir. Həm də dünyanın ikinci xoşbəxt ölkəsidir.

4. DANİMARKA

Danimarkada orta əmək haqqı ayda 2400 dollar, işsizlik 5,2% təşkil edir. Bundan əlavə, dünyanın 3-cü xoşbəxt ölkəsidir.

5. İSVEÇRƏ

İsveçrədə orta əmək haqqı ayda 3000 dollardır. İşsizlik nisbəti 2.4% -dir. Dünyanın 5-ci xoşbəxt ölkəsidir.

6. İSLANDİYA

Nəhayət, İslandiyada orta əmək haqqı ayda 2.900 dollar, işsizlik isə 2.6% səviyyəsindədir. Həm də dünyanın 4-cü xoşbəxt ölkəsidir.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et