Milyonçu fəvvarənin harada yerləşdiyini bilirsiniz? | Banco.az

Milyonçu fəvvarənin harada yerləşdiyini bilirsiniz?

Rəvayətə görə, Romaya yenidən qayıtmaq üçün İtaliyanın məşhur Trevi fəvvarəsinə dəmir pul atmaq gərəkdir.

Romanın gözəlliyinə valeh olanlar, öz yarısını tapmaq  və ya ailə həyatı qurmaq istəyənlər; fəvvarəyə arxasını çevirib, gözlərini yumub və sol əllərində saxladıqları dəmir pulları suya tullayır. Hər arzu növünə uyğun olaraq prosedur 2-3 dəfə təkrarlana bilər. Əslində qeyri-ciddi qəbul etsələr də Romaya yolları düşdüyü zaman məşhur şəlaləyə heç olmasa bir dəfə də olsa baş çəkib, dilək tuturlar. 

Bu qeyri-adi adət 1954-cü ildə rejissor Jan Nequlesko - tərəfində ekranlaşdırılan filmdən götürülüb. Belə ki, rejissorun özü film bitdikdən sonra əfsanəvi şəhərə qayıtmaq ümidi ilə Trevi fəvvarəsinə dəmir pul atıb.

Trevi fəvvarəsinə hər gün təqribi 3000 avroya qədər pul atılır. 2013-cü ildə məbləğ 1,2 milyon avro təşkil edib.  Pulun miqdarı mövsümə uyğun olaraq dəyişə bilir. Hər il məbləğ daha da artır, bu isə şəhəri ziyarətə gələn turistlərin artımı ilə əlaqədardır.

Fəvvarəyə atılan pulların aqibəti necə olur?

Ən sərfəli kredit üçün müraciət et

Bir vaxtlar Trevi fəvvarəsinə atılan dəmir pulları hər kəs istədiyi miqdarda əldə edə bilərdi. Əlbəttə ki, bir çoxları belə də edirdi.

Lakin 2006-cı ildə Romada yeni qanun qəbul edildi. Qanuna əsasən fəvvarəyə atılan pullar avtomatik surətdə şəhərin büdcəsinə mənsub olurdu. Eyni zamanda şəhər nümayəndəliyi pulların Roman Caritas təşkilatına həvalə edildiyini bildirdi. Təşkilat - xeyriyyə tədbirlərinin, sosial-layihələrin keçirilməsini maliyyələşdirir.

Fəvvarə polis əməkdaşları tərəfindən 24 saat ərzində mühafizə olunur. Hər gün səhər tezdən Azienda Comunale Energia e Ambiente munisipial agentliyinin əməkdaşları fəvvarədən pulları götürməyə gəlir. Bunun üçün fəvvarənin fəaliyyəti səhər erkən saatlarda dayandırılır və gün ərzində suya atılan pullar xüsusi torbalara toplanır.

Bəs siz Romaya gedib, məşhur Trevi fəvvarəsinə dəmir pul atmaq istərdinizmi? 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et