Milyard yarımlıq transfer - məşhur məşqçinin rekordu | Banco.az

Milyard yarımlıq transfer - məşhur məşqçinin rekordu

Portuqaliyalı mütəxəssis Joze Mourinyo tarixi göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, pireneyli baş məşqçi kimi 1 milyard avrodan artlq transfer edən ilk çalışdırıcıdı.

Düzdü, o, 9 rəqəmli ədədi çoxdan arxada qoyub. Lakin həmkarlarımız yalnız indi bu yöndə apardıqları araşdırmaların nəticələrini açıqlayıb.

Mourinyo indiki həcmdə məsrəflərə 17 illik karyerası ərzində çatıb. “Porto”da işlədiyi vaxt (2002-04) cəmi 22 milyon avroluq oyunçular alan mütəxəssis sonradan daha sanballı transferlərə üstünlük verib.

Ən sərfəli kredit üçün müraciət et

“Çelsi”də (2004-07) 368, İtaliya “İnter”ində (2008-10) 155, “Real”da (2010-13) 182 milyon avro xərclətdirən portuqaliyalı London klubuna döndükdən sonra (2013-15) da məsrəflərdən yayınmayıb – 357 milyon avro.

İndiki klubu, 2016-cı ildən çalışdırdığı “Mançester Yunayted”də isə mütəxəssis daha 350 milyon avroluq oyunçu aldırıb. Bununla da Mourinyonun ümumi transfer məsrəfləri milyard yarıma yaxındı - 1 milyard 434 milyon avro.

Ən sərfəli krediti almaq üçün müraciət et