MilliÖn-də cərimələri ödəmək mümkün olacaq | Banco.az

MilliÖn-də cərimələri ödəmək mümkün olacaq

Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək.

Komtec şirkətindən verilən məlumata görə, bu ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖn ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq.

Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır.

Ən sərfəli kredit üçün müraciət et

MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq.

Mənbə: marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et