Milli Məclis plenar iclasında maliyyə sektoru ilə bağlı qanunlara dəyişikliklər edib | Banco.az

Milli Məclis plenar iclasında maliyyə sektoru ilə bağlı qanunlara dəyişikliklər edib

 Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək.

"Report"un verdiyi xəbərə görə, bununla bağlı “Sığorta fəaliyyəti haqqında” qanuna 17.3-cü maddə əlavə edilir. 

Həmin maddəyə görə, həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və yaxud maliyyə xidmətləri göstərdikdə, Azərbaycanın normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səalhiyyətli orqanlarına təqdim etməlidir.

Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”qanunlara və İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişikliklərə görə, Mərkəzi depozitar, investisiya şirkətləri, milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlalhiyyətli orqanlarına təqdim etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

“Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikliyə görə isə, yerli özünü idarə etmə qurumlarının vergi xidməti orqanının vəzifələrinə hazırda yerli vergi və ödənişlərin ödəyicilərinin vergi və kommersiya sirrini qorumaq daxildirsə, həmin siyahıya bank sirri də əlavə edilir. Yenilik Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb və bank sirrrinin qorunması sahəsində bələdiyyələrin vergi xidməti orqanının vəzifələrini müəyyənləşdirir.

Qanun layihələri Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib. 

Ən sərfəli krediti almaq üçün müraciət et