Millət vəkili: Bazarlar od tutub yanır | Banco.az

Millət vəkili: Bazarlar od tutub yanır

Millət vəkili Fəzail Ağamalı hökumətin hesabatında çıxışı zamanı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.

O qeyd edib ki, bu gün bazarlar od tutub yanır: 

“Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də dayanmadan artır. 

Ən sərfəli kredit üçün müraciət et

Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. 

Bu sahədə olan bürokratiya, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var”.

Mənbə: Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et