Mikromaliyyələşdirmənin perspektivlərinə ekspert baxışı | Banco.az

Mikromaliyyələşdirmənin perspektivlərinə ekspert baxışı

"Hal-hazırda Azərbaycanda mikromaliyyələşdirmə ilə əsasən qeyri-bank kredit təşkilatları məşğul olurlar. Lakin bununla yanaşı, ölkədə mikromaliyyələşdirmə ilə məşğul olan iri banklar da fəaliyyət göstərir". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib. Onun sözlərinə görə, mikromaliyyələşdirmə sahəsində əsas problemlərdən biri girov təminatı məsələsidir.

"Lakin istehsal sahəsində mikromaliyyəşdirmənin əhəmiyyətini azaltmaq düzgün deyil. Onun istehsalın kreditləşdirilməsində mühüm rol oynadığı faktını unutmaq olmaz. Mikrokreditlərdən istifadə kiçik sahibakrlar arasında xüsusilə geniş yayılmışdır. Başlıca problem isə ondan ibarətdir ki, çoxsaylı risklər olduğundan banklar orta və iri sahibkarlığın kreditləşdirilməsində maraqlı deyillər. Lakin buna baxmayaraq, kənd təsərrüfatının mikromaliyyələşdirilməsində də müəyyən risklər mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Bu problemin aradan qaldırılması üçün zəmanət fondunun yaradılması labüddür. Mikromaliyyə təşkilatlarının fikrincə, sözügedən fondun yaradılması aqrar sektorun kreditləşməsinə marağı artıracaq. Hal-hazırda bazarda mikromaliyyələşmənin payı yüksək olmasa da, tendensiya artımın olacağından xəbər verir. Hal-hazırda ölkənin regionlarında mikromaliyyəşdirməyə olan tələbat gündən-günə artmaqdadır", deyə S.Əliyev bildirib.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et