Microsoft səs köməkçisi Cortana-nı Windows 10-dan silə bilər | Banco.az

Microsoft səs köməkçisi Cortana-nı Windows 10-dan silə bilər

“Microsoft” şirkətinin, səs köməkçisi “Cortana”nı “Windows 10” əməliyyat sistemindən çıxaracağı ehtimal edilir.

“Cortana” çoxdan meydana çıxıb. “Microsoft” onu daim təkmilləşdirir və "ağıllı" edir, bir zamanlar isə “Cortana”, ABŞ-da ən yaxşı səs assistentlərindən biri kimi tanınırdı.

“Microsoft”un, özünün səs köməkçisindən tamamilə imtina edəcəyi versiyası, ekspertlər tərəfindən nəzərdən keçirilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Microsoft Store” onlayn mağazasında, bu yaxınlarda, “Cortana”nın beta versiyası peyda olaraq, ayrıca proqram kimi təqdim edilib.

Çox güman ki, gələcək “Windows 10”da “Cortana” artıq quraşdırılmayacaq, lakin onun ayrı bir proqram kimi quraşdırılması təklif olunacaq.

Belə sistem səs köməkçinin imkanlarını maksimal dərəcədə tez yeniləməyə icazə verəcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et