Microsoft minlərlə insanı işsiz qoya bilər | Banco.az

Microsoft minlərlə insanı işsiz qoya bilər

“Microsoft” korporasiyası “bulud” texnologiyalarına yönəlməsi ilə əlaqədar satış üzrə bölmələrində kütləvi ixtisarlar aparacaq.

“France Presse” agentliyinin  verdiyi məlumata görə, siyasətin dəyişməsi minlərlə insanın işdən çıxarılmasına səbəb ola bilər.

“Microsoft”dan bildiriblər ki, dəyişikliklərə az qalıb: “Biz müştərilərimizə və tərəfdaşlarımıza daha yaxşı xidmət göstərmək üçün işimizə dəyişiklik edirik”.  

Xəbər verilir ki, “Microsoft”un baş direktoru Satya Nadella şirkətin proqram təminatına oriyentasiyasını azaldaraq onu “bulud” texnologiyaları və kommersiya xidmətləri istiqamətinə yönləndirmək niyyətindədir.  

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Microsoft”un bulud texnologiyaları sahəsində ixtisaslaşmış bölməsi 2016-2017-ci maliyyə ilinin ilk yarısında uğurlu nəticə göstərib. Bu bölmə üzrə gəlirlər 8% artaraq 6,9 milyard dollar təşkil edib.

Xatırladaq ki, “Microsoft Corp” 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən yaradılıb.

lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et