Məşhur sərmayəçi -"ABŞ iqtisadiyyatının durğunluğa girməsi ehtimalı 40%-dir" | Banco.az

Məşhur sərmayəçi -"ABŞ iqtisadiyyatının durğunluğa girməsi ehtimalı 40%-dir"

Məşhur sərmayəçi və "Bridgewater Associates"in qurucusu Rey Dalio (Ray Dalio), vəziyyətin pisləşməsi növbəsinin ABŞ iqtisadiyyatına çatdığını və Birləşmiş Ştatların 2020 seçkilərindən əvvəl durğunluğa girməsi ehtimalının 40% olduğunu qeyd edib.

Bu mərhələdə faizləri endirməyin təsirli olmayacağını söyləyən Dalio, bu səbəbdən ölkələrin iqtisadi artımı dəstəkləmək üçün pul vahidlərini zəiflədə biləcəklərini sözlərinə əlavə edib.

Dalio, Cümə axşamı günü CNBC-ə verdiyi açıqlamasında qarşıdakı üç illik dövrdə daha çox məzənnə müharibəsi ola biləcəyinə diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Dalio, Çinin ABŞ ilə ticarət müharibəsində əlində saxladığı ABŞ xəzinə istiqrazlarını silah olaraq istifadə edə biləcəyini sözlərinə əlavə edib.

ABŞ ilə Çinin atacağı addımları təxmin etməyin çətin olduğunu qeyd edən Dalio, "Çin və ABŞ, anlaşılmazlıq davam etməsi vəziyyətində, bir-birlərinə "maksimum ziyanı" vurmağın yollarını axtaracaqlar",- deyə bildirib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et