Məşhur markaların innovasiya çeşidləri | Banco.az

Məşhur markaların innovasiya çeşidləri

İnnovasiya, qısaca dəyər yaradan yeni məhsul və xidmət mənasına gəlirsə, o zaman bu dəyəri necə yaradacağımız sualına cavab tapmaq lazımdır. Bu suala cavab tapan firmaların nümunələrinə baxaq. 

Keyfiyyətdə fərqlilik

  • Məsələn: Volvo.
  • Dəyər təklifi etibarlılığa əsaslanır. Dünyadakı təhlükəsizlik testlərinin böyük qismini tək başına bu firma edir. Müştəri bu xüsusiyyətə çox əhəmiyyət verir.

Məhsulda fərqlilik (Məhsul üzərində dəyişiklik və ya əlavə yeni məhsullar)

  • Məsələn: Audi.
  • Marka fasiləsiz olaraq rahatlıq üzərinə sərmayə qoyur; bu bacarığı ilə digər markaların da diqqət mərkəzindədir.

Reklam və təqdimatda fərqlilik 

  • Məsələn: Coca cola.
  • Coca cola, hər ölkənin anlayış dilinə xitab edən reklam və viral marketinq arqumentləri istifadə edir. Emosional reklam sahəsində firma var gücü ilə çalışır.

Dizaynda fərqlilik (müxtəliflik və dizayn gücü)

  • Məsələn: Koton və Zara.
  • Yüksək modaya fokuslanan bu iki markanın konsepsiyası, bir çeşiddən davamlı olaraq istehsal etməmək üzərinə qurulmuşdur. Məhsulun davamının olmaması, təbii ki müştərini sürətli satın almağa sövq edən bir vəziyyətdir.

Maliyyələşdirmə və ödəmə şərtlərində fərqlilik (Ödəmə asanlığı və ya ödəmə olmaması)

  • Məsələn: Google və Whatsapp.
  • Dəyər təklifi ödənişsiz sistem üzərinə qurulmuşdur. Şirkət xidmət verdiyi milyardlarla insanın piar gücünü, çox kiçik bir kütləyə satış gücünə çevirir.

Zəmanət dövründə fərqlilik (uzun müddətli zəmanət və ya pulsuz xidmət)

  • Məsələn: LG və Toyota.
  • Məhsullarına etibar etdiklərini ortaya qoymalarının dəlili məhsullarına uzun müddətli zəmanət vermələridir. Şirkətlər rəqabət güclərini bu xüsusiyyətə borcludur.

Texnoloji liderlikdə fərqlilik (yüksək texnoloji sərmayələr)

Ən sərfəli kredit üçün müraciət et

  • Misal: Apple və IBM.
  • Yeni nəsil məhsullara olan maraqları bütün dünyaya məlumdur. Texnoloji yenilikləri ilk ortaya çıxaran bu markaların qısa müddət içində dünyanın ilk beş firması arasına girməsi təəccüblü olmamalıdır. 

İnsan qaynaqlarında fərqlilik (İntellektual sərmayəyə olan investisiya)

  • Məsələn: 3M və Microsoft.
  • 3M'in missiyası: "yeni fikri öldürmək olmaz"dır. Bu səbəbdən iki markanı da dünya nəhəngi edən şey, öz içindən aldığı parlaq fikirlər və işçilərinə duyduğu güvəndir.

Yüksək keyfiyyət yolu ilə fərqləndirmə (Prestij məhsullardan daha çox qazanmaq)

  • Məsələn: Rolex.
  • Dünyanın ən məşhur və ən bahalı satış markası. Saatı insanın cəvahiratı halına çevirməsi fərqliliyini meydana gətirmişdir.

Daha yaxşı xidmətlə fərqlilik (səmimiyyət və biliklə problemlərin həlli)

  • Məsələn: IBM.
  • Müştərinin bilmədiyi və gözləmədiyi problemlərə həll yollarını təmin edən xidmətləri ilə fərq yaratmaq bacarığı bu firmanın ən önəmli xüsusiyyətidir.

Müştəriyə uyğunlaşmaqla fərqlilik (müştəriyə uyğun istehsal edərək)

  • Məsələn: DELL.
  • Markanın fərqi, vasitəçini ortadan götürmək və müştəriyə uyğun konfiqurasiya etmiş olmasıdır.

Müştəriyə uyğun qiymət və məhsul quruluşu (Hər müştəri üçün ayrı siyasət)

  • Məsələn: Rent a car.
  • Daha ucuz bölgələrə daha köhnə avtomobillər kirayəyə götürərək rəqiblərinə görə fərqlilik meydana gətirməyi bacarmışdır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et