Məşhur geyim brendi meşə yanğınlarına qarşı hərəkətə keçdi | Banco.az

Məşhur geyim brendi meşə yanğınlarına qarşı hərəkətə keçdi

Məşhur kişi geyimləri brendi olan “Kiğılı” son günlər getdikcə çoxalan meşə yanğınlarına qarşı hərkəsi mübarizəyə səsləyib.

Banco.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin "ciyərini yandıran" və gündəmi zəbt edən meşə yangınlarına qarşı ilk reaksiya kişi moda markası “Kiğılı”dan gəldi. Belə ki, adı çəkilən marka İzmirin Kınık bölgəsində 5 min ağacın əkilməsində yaxından iştirak edəcəyini açıqlayıb. Yüzlərlə hektar meşənin və bir çox heyvanların həyatına son qoyan yangınlar ilə bağlı film ekranlaşdıran "Kiğılı" #1FİDAN1CAN etiketi ilə əhəmiyyətli kampaniyanın həyata keçirilməsinə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət meşələrin özünəməxsus yaşıl örtüklü həyat tərzini və heyvan həyatını canlandırmaq üçün hərkəsi bu kampaniyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, məşhur brend meşələrin genişləndirilməsi məqsədli bu kampaniyanı 3 ay müddətində müştəriləri adından davam etdirəcəyini açıqlayıb.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et