Məşhur aktyor Arnold Schwarzeneggerdən 28 fikir! | Banco.az

Məşhur aktyor Arnold Schwarzeneggerdən 28 fikir!

Ölkəmizdə baxılan davalı filmlərin əsas siması olan Schwarzenegger eyni zamanda,  yaxşı siyasətçi, rejissor və biznesmendir. Daxil olduğu hər sahədə uğur qazanmış bu insan hamımızın sevdiyi şəxslərdəndir. Xəyallarımıza inanıb hərəkətə keçsək uğurlu ola biləcəyimizi bizə inandıran  Arnold sözləri ilə bizə ilham qaynağı olur. Unutmayaq  digər insanları boş verib özümüzə inanmalıyıq,çünki heç kim bizim xəyallarımızı bizim əvəzimizə həyata keçirməyəcək.

1) Gücü qazana bilməzsən, gücü yaradan şey bizim cəhdlərimizdir. Güc, çətinliklərə qarşı mübarizə aparmaq deməkdir.

2) Digər hər kəs kimi davrancaqsansa dünya üzərində yaşamanın mənası nədir?

3) Uğursuzluq həyatımızda önəmli bir mərhələdir. Biz nə qədər inkişaf etdiyimizi bilmək və necə inkişaf etmək lazım olduğunu bilmək üçün bu mərhələdən keçməliyik.

4) Xəyallarımızı gerçəkləşdirmək istəyiriksə işimizə özümüzün 100%-ni verərək, qurduğumuz xəyala inanmalıyıq.

5) İllər boyu etdiyim məşqlərdən bir şey öyrəndim, biz düşündüyümüzdən daha güclüyüz. Edə bilməyəcəyimiz şeylər çox azdır.

6) Bir işin asan yolu yoxdur, sadəcə təkrar-təkrar cəhd etmək vardır.

7) Etmək lazım olan şeyi indi etməlisən.

8) Uğur heç vaxt təsadüfən gəlməz, hər uğurun qarşısında risklər mövcuddur. Amma mən risk almaqdan heç vaxt qorxmadım. Bir insan risk alıb qarşısındakı işi görürsə və uğursuz olursa bu o deməkdir ki, yenə bir şansı daha var. Daima uğursuz olacaqsınız deyə bir qayda yoxdur. Onuncu alınmasa belə on birinci alına bilər.

9) Adaptasiya olmaq ilə olmamaq arasındakı tək fərq işə olan həvəsimizdir.

10) Əsas məsələ xəyal qurmaqdır. Çünki xəyallar məqsədi yaradar və məqsəd bizə güc verər.

11) Uğura ac olmaq lazımdır, inkişaf etdikcə və uğura ac olduqca digər insanlara kömək etmək lazımdır.

12) Əgər görürəmsə və inanıramsa o zaman uğurluyam.

Ən sərfəli kredit üçün müraciət et

13) Əgər zehnin bir işi görə biləcəyinə inanırsa, bir sıfır öndəsən.

14) Məşq zamanı qarşımıza çıxan fiziki əngəllərlə, həyatımızdakı əngəllər bizi daha güclü edər.

15) Məşq zamanı anladım ki, əslində hər şey təkrarlamaqla bağlıdır.

16) Uğursuz olmaq bir seçim deyil. Hər kəs uğurlu olmalıdır.

17) Hər kəsin etdiyinin eynisini etməkdən zəhləm qaçır.

18) Gileylənməkdən əl çək.

19) Nə zaman uğurlu insan görmüşəmə, həmişə özümü onun yerində görmüşəm.

20) İşini sistemli şəkildə gör və arxana baxma.

21) Əvvəllər təhsilin boş bir şey olduğunu düşünürdüm, amma sonradan təhsilin imkansız olan məsələləri imkanılı edə biləcəyini gördüm.

22) Fikirlərini dinləyib, qiymətləndirirəm amma mənə balaca fikirlərlə yox, böyük fikirlərlə gəl.

23) Əzələlərimizi gücləndirən 3-4 dəfə təkrar etməkdir. Bu bizə əzab verə bilər, lakin davam etmək lazım olduğunu hiss etmək və nə olur olsun acı çəkməkdən qorxmamaq lazımdır.

24) Güclü olmaq üçün etmən lazım olan şey, digərlərinin sənin paxıllığını çəkməsidir.

25) Həyatın anlamı yeyib yatmaq deyil, qabağa getmək, uğurlu olmaq, bacarmaqdır.

26) Pozitiv düşünmək keçici bir xəstəlik kimidir. Ətrafındakı insanların pozitiv olmasına çalış.

27) Əgər vaxt tapmazsan işinin öhdəsindən gələ bilməzsən.

28) Tətbiq etmədiyin müddət ərzində heç bir məsələnin nəticəsini görə bilməyəcəksən.

Ən sərfəli krediti almaq üçün müraciət et