Məşğulluq haqqında yeni qanun | Banco.az

Məşğulluq haqqında yeni qanun

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən oxunuşa qəbul edilmiş yeni “Məşğulluq haqqında” qanunun qəbulu ilə əmək münasibətləri sahəsində yeni və mütərəqqi addımlar atılacaq.

Əvvəlki 02.07.2001-ci il tarixli qanunun artıq 17 ildir ki, qüvvədə olması və yeniliklərin zəruri olması baxımından yeni qanunun yerində bir qanunvericilik aktı olacağı hesab edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə edilmiş yeni düzəlişlərin və “İşsizlikdən sığorta haqqında” yeni qanunun 2018-ci il yanvar ayından qüvvəyə minməsi işsizlik müavinətinin artıq istisna edilməsinə və yeni qanunun qəbuluna zərurət yaratmışdı.

Yeni qanunun əvvəlki qanunla oxşar və fərqli bir sıra xüsusiyyətləri vardır.

Bu barədə aşağıdakı qaydada izah etməyə çalışacağıq.:

– Yeni qanuna əsasən artıq mülki-hüquqi müqaviləyə əsasən çalışan şəxslər, əvvəlki qanundan fərqli olaraq mülkiyyətində yalnız kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər və əyani təhsil alan şəxslər də məşğul şəxslər hesab edilir.

– Yeni qanuna əsasən əksər dövlət qurumları tərəfindən birlikdə fəaliyyət nəticəsində bütün məşğul şəxs statusuna malik olanların reyestri tərtib ediləcək.

– Yeni qanuna əsasən işsiz statusu verilməsi qaydası qanunla deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq müəyyən ediləcək, həmçinin şəxslər elektron informasiya sistemi vasitəsilə elektron ərizəni doldurmaqla işaxtaran kimi qeydiyyata düşəcək.

Ən sərfəli kredit üçün müraciət et

– Yeni qanuna əsasən işsiz və ya işaxtaran statusu almaq hüququ olmayanlar şəxslər sırasına ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar da daxil edilmişdir.

– Yeni qanuna əsasən səlahiyyətli qurum tərəfindən vakansiya bankı qurulacaq ki, işəgötürənlərin iş yerində yeni yaradılmış vakansiyaları həmin banka daxil etmə məcburiyyəti mövcuddur.

– Yeni qanuna əsasən Azərbaycan Respublikası ərazisində işsiz və işaxtaran kimi qeydiyyata düşən şəxslərin də məşğuluğunun təmin edilməsi üçün işədüzəlmədə vasitəçilik fəaliyyətinin tətbiqinə icazə verilmişdir.

– Yeni qanuna əsasən işsiz və işaxtaran şəxslər və tələbələr üçün əmək bazarının vəziyyəti, işə qəbul üçün psixoloji və əlavə təhsil tələbləri barədə məlumat verilməsini nəzərdə tutan peşə yönümünə dair məsləhət xidmətləri nəzərdə tutulur. Bu xidmətləri səlahiyyətli qurumlar həyata keçirə biləcək.

– Yeni qanuna əsasən sosial iş yerləri, formalaşdırılması qaydası, 2 illik əmək müqaviləsi bağlanan müəyyən kateqoriya (gənclərlə və s) şəxslərin 3 aydan az, 12 aydan çox olmayan müddətə səlahiyyətli qurum tərəfindən əmək haqqının bir hissəsi ödəniləcəkdir.

Qeyd edək ki, bu qanunun qəbulundan sonra bir sıra yeni qaydaların qəbulu, elektron informasiya sistemlərinin qurulması və reyestrin tərtibi ilə bağlı zəruri işlər icra olunacaqdır.

Shahriyar Habilov

Ən sərfəli krediti almaq üçün müraciət et