Məşğul əhalinin sayı artıb | Banco.az

Məşğul əhalinin sayı artıb

2019-cu il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub. Onlardan 4 milyon 915,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2018-ci il iyulun 1-i vəziyyəti ilə müqayisədə həm iqtisadi fəal əhalinin sayı, həm də iqtisadiyyatda işləyənlərin sayı artıb. Həmin dövrdə iqtisadi fəalların sayı 5 milyon 108,9 min nəfər təşkil edib. Onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

Bu il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 590,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min nəfər, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 555,7 min nəfər çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu il iyul ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 min nəfər artaraq 55,8 min nəfər olub. Onların 34,6 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 221,2 manat olub. 2018-ci ildə bu rəqəm 287,2 manat təşkil edib. Bakıdan sonra ən çox işsiz şəxslər Sumqayıt, Abşeron, Şəmkir və Salyanda qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et