Mərkəzi bankların pul-kredit siyasəti | Banco.az

Mərkəzi bankların pul-kredit siyasəti

Mərkəzi bankın əsas və başlıca funksiyalarından biri pul-kredit siyasətinin həyata keçirilməsidir. Maliyyə stabilliyinin təmin edilməsində müxtəlif maliyyə hakimiyyət orqanlarının həyata keçirdiyi maliyyə siyasəti ilə yanaşı, mərkəzi banklar tərəfindən də pul-kredit siyasəti həyata keçirilir. Pul-kredit siyasətinin başlıca məqsədi maliyyə stabilliyinin, inflyasiyaya səbəb olmadan davamlı məşğulluq səviyyəsinin  və iqtisadi artımın təmin edilməsi kimi qiymətləndirilir.

Mərkəzi banklar tərəfindən həyata keçirilən sərtyumşaq kredit siyasətləri fərqləndirilir. Yumşaq pul siyasəti dedikdə tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasəti nəzərdə tutulur. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır.

Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.

Yumşaq pul siyasəti inflyasiya tempinin artım tempini sürətlənirməklə yanaşı, həm də inflyasiya səviyyəsinin dəyişkən xarakterli olmasına səbəb olur. Eləcə də, inflyasiya səviyyəsinin gözlənilməz artımı borc verənlərinə əleyhinə işləyir və nəticədə bazarda borc vasitələrinin də azalması baş verir. Inflyasiya səviyyəsindəki gözlənilməz azalmalar isə əksinə borc verənlərin lehinə işləyən faktordur. Bununla da bankların borc portfelinin keyfiyyəti aşağı düşür, onların fəaliyyətinə mənfi təsir göstərir və hətta iflaslara da səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Sərt pul siyasəti inflyasiyanın azalmasına və uyğun olaraq faiz dərəcələrinin də aşağı düşməsinə səbəb olur. Nəticədə depozitlərin səviyyəsində azalma müşahidə olunur ki, bu da başqa bir maliyyə qeyri-sabitliyinə yol aça bilər. Sərt pul siyasətinin işə yaramadığı və reel faizlərin davamlı olaraq artmağa davam etdiyi bir vəziyyətdə maliyyə qeyri-stabilliyi qaçınılmazdır. Sərt və yumşaq pul siyasətlərindən birinin seçilməsini təmin edəcək dəqiq şərtlər mövcud deyildir. Ona görə də pul siyasəti və maliyyə stabilliyi arasında əlaqənin dəqiq şəkildə analiz edilməsi vacibdir.

Mərkəzi banklar pul siyasətinin iki formada həyata keçirirlər: tənzimləyici funksiyasını istifadə edərək birbaşa və ya pul yaratma funksiyasından istifadə edərək isə dolayı yolla pul bazarındakı vəziyyətə təsir edir. Birbaşa pul siyasəti alətləri ilə mərkəzi banklar faiz dərəcələrinə və ya depozit və kredit səviyyəsinə məhdudiyyətlər qoyaraq müdaxilə edir və maliyyə institutlarının balanslarını hədəf alır. Dolayı pul siyasəti alətləri bazarda tələb-təklif səviyyəsinə təsir etməyə çalışır və əsas hədəf mərkəzi bankların balanslarıdır. Mərkəzi banklar iqtisadiyyatı tənzimləmək üçün birbaşa pul siyasətindən çox nadir hallarda istifadə edir. Daha çox istifadə etdiyi isə dolayı pul siyasətidir. Dolayı pul siyasəti vaistələri birbaşa pul siyasəti vaistələrinə nəzərən, biraz daha yumşaq bir siyasətdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et