Mərkəzi Bankın yeni təklifinə banklardan böyük tələb | Banco.az

Mərkəzi Bankın yeni təklifinə banklardan böyük tələb

20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50202276S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasınnın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı  97.8314 AZN (9.50%) və 98.6195 AZN (6.00%) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 milyon 592 min 200 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6111 AZN (6.04%), orta ölçülmüş qiyməti 98.6127 AZN (6.03%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.

Notların ödəmə tarixi 16.12.2019

Ən sərfəli krediti almaq üçün müraciət et