Mərkəzi Bankın valyuta ehtiyatları 7 faiz artıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 7 faiz artıb

Bu ilin birinci yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7 faiz artaraq 15163 milyon dollar səviyyəsinə yüksəlib.
Bankdan AzərTAc-a verilən məlumata görə, son illərdə ölkənin tədiyyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 milyon dollar, 2011-ci ildə 4153 milyon dollar, 2012-ci ildə 1584 milyon dollar, 2013-cü ildə 2457 milyon dollar, 2014-cü ilin 6 ayında isə 967,4 milyon dollar məbləğində valyuta alaraq ehtiyatların artırılmasına yönəldib.
Məlumatda, həmçinin bildirilir ki, adətən ölkənin tədiyyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alınması həyata keçirilir. Bu günlərdə isə bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı yanlış şərh edərək bunu ictimaiyyətə valyuta xərcləməsi kimi çatdırıblar.

Ən sərfəli kredit üçün müraciət et

 

    AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et