Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları azalıb | Banco.az

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın statistik məlumatlarına əsasən rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir. Belə ki, 2015-ci il fevral ayı üzrə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 11,004 mlrd ABŞ dolları təşkil etmişdir ki, bu da yanvar ayı (12,680 mlrd ABŞ dolları) ilə müqayisədə 20% (2,75 mlrd. manat) azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 23,8% (3,44 mlrd. manat) azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə isə valyuta ehtiyatları 2014-cü ilin iyul ayından etibarən azalmaqda davam edir. Həmin dövr üzrə göstərici 15,193 mlrd ABŞ dolları təşkil edib.

O cümlədən, martın 1-nə pul bazası 9,736 mlrd. manat təşkil edib və bu göstərici son bir ayda 1,024 mlrd. manat və ya 9,5% azalıb. Yəni, dövriyyədə olan nağd pul və ya bankların AMB-dəki müxbir hesablarda qalıqlarının azalması baş verib.

Ən sərfəli krediti almaq üçün müraciət et