Mərkəzi Bankın ərazi idarələri hansılardır? | Banco.az

Mərkəzi Bankın ərazi idarələri hansılardır?

Bir çoxları Mərkəzi Bankın Azərbaycanın bir sıra regionlarında ərazi idarələrinin fəaliyyət göstərməsindən xəbərsizdir. Belə ki, Mərkəzi Bankın 5 ərazi idarəsi fəaliyyət göstərir. Regional mərkəzlər hüquqi şəxslər deyildir və fəaliyyətlərinin əsas məqsədi müvafiq ərazi vahidlərində nağd pul tədavülünün effektiv təşkilindən ibarətdir. Yevlax Ehtiyat Mərkəzi isə bu funksiyalardan əlavə həm də Mərkəzi Bank tərəfindən idarə olunan informasiya və ödəniş sistemlərinin ehtiyat surətlərinin tamlığının, fasiləsiz işinin, eləcə də fövqəladə hallar zamanı informasiya və ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsi kimi funksiyaları həyata keçirir. 

Ümumilikdə regional mərkəzlərin funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək olar:

  • Nağd pul tədavülünün təşkili və idarə olunması
  • Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
  • Monitorinq və statistik məlumatların toplanması
  • Kommunikasiya və maarifləndirmə

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Regional Mərkəzlər:

Ən sərfəli kredit üçün müraciət et

  1. Biləsuvar Regional Mərkəzi – Rüstəmov Nəbi İsrafil oğlu 
  2. Gəncə Regional Mərkəzi – Hacıyev Fuad Həsən oğlu  
  3. Quba Regional Mərkəzi – Məmmədov Seymur Teyfur oğlu
  4. Naxçıvan Muxtar Respublikası İdarəsi – Məmmədov Səbuhi Hidayət oğlu 
  5. Yevlax Ehtiyat Mərkəzi – Bayramov Ədalət Aydın oğlu 

Ən sərfəli krediti almaq üçün müraciət et