Mərkəzi Bankdan "Rusiya Rublu" açıqlaması | Banco.az

Mərkəzi Bankdan "Rusiya Rublu" açıqlaması

Mərkəzi Bank Rusiya rublunun rəsmi məzənnəsinə dair açıqlama yayıb.

Bankdan daxil olmuş açıqlamada deyilir:

19 oktyabr 2017-ci il tarixinə Rəsmi Məzənnələr Bülletenində Mərkəzi Bankın rəsmi Rubl/Manat məzənnəsi texniki səbəblərdən səhv getmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bildiririk ki, 19 oktyabr 2017-ci il tarixinə Mərkəzi Bankın rəsmi Rubl/Manat məzənnəsi 0,0296 səviyyəsində müəyyən edilmişdir. 19 oktyabr 2017-ci il tarixinə rəsmi məzənnələr Mərkəzi Bankın internet səhifəsində elan olunmuşdur.

Qeyd edək ki, Rəsmi Məzənnələr Bülletenində Rubl/Manat məzənnəsi 0,0300 səviyyəsində göstərilmişdi.

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et