Mərkəzi Bankdan 9 vəzifəli şəxs qovuldu, Türk Lirəsi ucuzlaşmağa başladı | Banco.az

Mərkəzi Bankdan 9 vəzifəli şəxs qovuldu, Türk Lirəsi ucuzlaşmağa başladı

Türkiyə Mərkəzi Bankının baş iqtisadçısı Hakan Kara daxil 9 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib. 

Bankın araşdırma, bankçılıq, risklərin idarə edilməsə departamentlərinin direktorları da işdən çıxarılıb. Məsələ ilə bağlı Mərkəzi Bankdan açıqlama verilməyib. 

Mərkəz Bankın sədri Murad Çetinkaya İyulda Prezident Ərdoğanın fərmanı ilə vəzifəsindən azad edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Yerinə təyin edilən Murat Uysal ilk pul siyasəti yığıncağında faizi 425 bənd aşağı salmış və davamının da gələcəyi siqnalını vermişdi.

Xəbərdən sonra Türk Lirəsi Dollar qarşısında 0,7% ucuzlaşıb. Dollar/TL məzənnəsi 5.5125 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 13:20-yə olan məlumat).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et