Mərkəzi Bankda təcrübə keçmək istəyənlərə! | Banco.az

Mərkəzi Bankda təcrübə keçmək istəyənlərə!

Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə İnternatura proqramına qəbula müsabiqə elan edir.

İş təcrübəsi olmayan, aşağıdakı istiqamətlər üzrə bakalavr pilləsinin IV kurs tələbələri, o cümlədən magistr tələbələr müraciət edə bilərlər.

 

  • İqtisadiyyat;
  • Kompyuter elmləri və informasiya texnologiyaları;
  • Maliyyə;
  • İdarəetmə (İnsan resurslarının idarə edilməsi);
  • Tətbiqi riyaziyyat;

İnternatura 01 iyuldan 15 sentyabr 2015-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsindən (www.cbar.az) əldə edə bilərsiniz. Doldurulmuş müraciət anketini [email protected] elektron poçt ünvanına 06 fevral 2015-ci il tarixinədək göndərməyiniz xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

QEYD: 

1. Müraciət Anketini şəxsi yahoo, gmail və hotmail hesabınızdan göndərin. Digər hesablardan ([email protected], [email protected], sairə) göndərilən e-məktublar ünvanımıza çatmaya bilir. Başqasının hesabından göndərilən Müraciət Anketinə baxılmayacaq. 
2. Bütün məlumatlar e-poçtunuza göndəriləcək. Xahiş edirik e-poçtunuzu mütəmadi olaraq yoxlayın və cavablandırın.

Tələblər [0.093 Mb] (22.01.2015)

Müraciət anketi [0.014 Mb]

Ən sərfəli krediti almaq üçün müraciət et