Mərkəzi Bankda Qırğızıstan Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilmişdir | Banco.az

Mərkəzi Bankda Qırğızıstan Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilmişdir

Azərbaycan Mərkəzi Bankında (AMB) statistika sistemi sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Qırğızıstan Respublikası Milli Bankının 5 nəfərdən ibarət nümayəndə heyəti üçün 01-02 oktyabr 2013-cü il tarixlərində təcrübə mübadiləsi keçirilmişdir.

Təcrübə mübadiləsi zamanı Mərkəzi Bankın Statistika və İnformasiya Texnologiyaları departamentlərinin əməkdaşları AMB-də qurulmuş statistika sistemi, statistik bazanın formalaşdırılması, məlumatların toplanması, emalı və yayımlanması prosesi barədə məlumatları qonaqların nəzərinə çatdırmışdır. Eyni zamanda, AMB-də uğurla icra olunmuş Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi (ESAHS) haqqında detallı məlumatlar verilmiş, ESAHS-ın iqtisadi və texnoloji bazası işıqlandırılmış, sistemin funksional imkanları barədə nəzəri məlumatlar, praktiki nümayişlər təqdim olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsinə ümid etdiklərini bildirmişlər.

Ən sərfəli krediti almaq üçün müraciət et