Mərkəzi Bank zərəri özü ödəyəcək | Banco.az

Mərkəzi Bank zərəri özü ödəyəcək

Azərbaycan Mərkəzi Bankı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərəri özü ödəyəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Republikası Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən 13.2-ci maddəyə əsasən, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.

Qanunun 14.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et