Mərkəzi Bank növbəti hərrac üçün təklifi 100 mln. manat azaldıb | Banco.az

Mərkəzi Bank növbəti hərrac üçün təklifi 100 mln. manat azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən verilən məlumata görə, mayın 1-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01 - 14,99% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün keçirilən depozit hərracında təklif 250 mln. manat olduğu halda, AMB 350 mln. manat cəlb edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil edib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et