Mərkəzi Bank növbəti depozit hərracını elan etdi - TARİX | Banco.az

Mərkəzi Bank növbəti depozit hərracını elan etdi - TARİX

Aprelin 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. 

Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 faiz təşkil edir.

UZUN FASİLƏDƏN SONRA TƏLƏB TƏKLİFDƏN AŞAĞI OLMUŞDU 

15.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil etmişdi. Mərkəzi Bank depozit hərracı ilə 350 milyon manat cəlb edəcəyini açıqlamış, faiz aralığını 7,01% - 8,99% müəyyən etmişdi. Lakin hərracda tələb təklifdən aşağı olduğundan faiz dərəcəsi 7,01%-dən 7,70%-ə yüksəlmişdi. Əvvəlki hərraclarda tələb təklifi üstələdiyindən orta ölçülmüş faiz dərəcəsi faiz aralığının aşağı həddi (7,01%) səviyyəsində baş tuturdu. 

Ən sərfəli kredit üçün müraciət et

 HƏRRACLARDA TƏLƏB AZALIRDI

08.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 547,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

01.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 659,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

27.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et