Mərkəzi Bank kapital problemini hansı yolla həll etməyi düşünür? | Banco.az

Mərkəzi Bank kapital problemini hansı yolla həll etməyi düşünür?

Prezident İlham Əliyev “Azərbaycan Mərkəzı Bank haqqında” qanunda dəyişikliklər edilməsi barədə 15 may 2015-ci il tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Mərkəzi Bank kapital ehtiyatları formalaşdırdıqdan və onun illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

 

AzərTAC

Ən sərfəli krediti almaq üçün müraciət et