Mərkəzi Bank dollar kreditlərini manata çevirmiş bankların valyuta mövqeyini qorumağa hazırdır | Banco.az

Mərkəzi Bank dollar kreditlərini manata çevirmiş bankların valyuta mövqeyini qorumağa hazırdır

Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yerli banklara 215 milyon ABŞ dolları dəyərinə qədər, xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla istiqrazlar satmağa hazırdır.

Bu barədə  qurumdan bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, dollar kreditlərinin manata çevrilməsindən sonra bankların valyuta mövqeyini qorumaq üçün nəzərdə tutulmuş qiymətli kağızlar artıq dövlət qeydiyyatına alınıb və banklardan müraciətlər daxil olduqca onlara satılacaq. Hələ ki, belə bir müraciət olmayıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et