Mərkəzi Bank dəyişiklik edəcək | Banco.az

Mərkəzi Bank dəyişiklik edəcək

Banklarda aktivlərin risk dərəcəsi üzrə ölçülməsi qaydasına dəyişiklik edilməsi nəzərdə tutulur.
Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər üzrə qanunvericilik layihəsi hazırlayıb.
Dəyişikliyə əsasən, banklar bütün balans aktivlərini və balansdan kənar öhdəliklərini növündən, xüsusiyyətindən, habelə borclunun kredit öhdəliyini təmin edən hər hansı təminatdan asılı olaraq 120 faizli risk dərəcəsinə də aid edəcəklər.
Layihədə göstərilir ki, 120 faizli (1,2 əmsallı) risk qrupuna təminatı olmayan istehlak kreditləri aid edilir.

Ən sərfəli kredit üçün müraciət et

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et